BiRİNCİ FƏSİL


İmam Zeynül-abidin (ə): «



Yüklə 0,72 Mb.
səhifə35/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   31   32   33   34   35   36   37   38   ...   107
İmam Zeynül-abidin (ə): «Məscidlər Allahın evləridir. Məscidə doğru şövqlə tələsən insanlar‚ fərəhlə Allahın hüzuruna‚ görüşünə tələsmiş kimidirlər».124

  • İmam Sadiq (ə): «Yağışlı və ya quru havada məscidə tərəf irəliləyən şəxsi‚ yerin yeddi qatı mədh edər.»125

    5.3 Məscİdə hamıdan öncə daxİl olmağın savabı


    1. Həzrət Məhəmməd (s): «(Qurani-kərimdə buyurulur:) «öndə olanlar; Onlar (dünyada Allah yolunda‚ imanda‚ əməldə‚ xeyirdə öndə olduqları kimi‚ Axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) Onlar (Allah dərgahına və lütfünə) yaxınlaşmış kimsələrdir.»126

    (Bu ayənın nümunələrindən biri də) Məscidə ilk daxil olan və oranı sonuncu olaraq (hamıdan sonra) tərk edən şəxsdir.»127

    1. İmam Baqir (ə): «Allahın Rəsulu (s) Cəbrayıldən soruşdu: «Ey Cəbrayıl! Hansı məkan Allah yanında daha dəyərlidir?» Dedi: «Məscidlər. Allahın ən çox sevdiyi məscid əhli isə hamıdan qabaq məscidə girib‚ hamıdan sonra oranı tərk edən şəxsdir.»128

    2. Rəsulallah (s): «(Əbuzərə nəsihət edərkən) Ey Əbuzər! Qiyamət günündəki bayraq sahibləri necə də xoşbəxtdirlər! Onlar əllərində bayraq hamıdan qabaqda Behiştə doğru gedərlər. Agah olun! Onlar sübh çağı və başqa vaxtlar hər kəsdən əvvəl namaza tələsənlərdir.»129

    Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   31   32   33   34   35   36   37   38   ...   107




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin