Əmirəl-möminin (ə): «Axirət aləmini düşünüb‚ dünyadan üz çevirən insanlar‚ necə də xoşbəxtdirlər! Onlar məscidləri xalça‚ onun torpağını yataq‚ suyunu təmizlik vasitəsi‚ Quran və duanı da özünə geyim vəsiləsi seçib, İsa ibn Məryəm (ə) kimi yaşayırlar.»142
İmam Zeynül-abidin (ə): «Musa ibn İmran (ə) dedi: «İlahi! Sənin (mərhəmət) sayəndən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günündə) Öz (rəhmət) sayən altına alacağın kəslər kimdir?» Allah-Təala ona belə vəhy etdi: «Qəlbləri pak və təvazökar şəxslər... Onlar, qartalların yuvalarına sığındığı kimi, məscidlərə sığınarlar.»143
İmam Sadiq (ə): «Mürüvvət iki növdür: Evdə və səfərdə alicənab olmaq. Evdə comərd olmaq Qurani-kərimi oxumaqla və məscidlərə getməklə qazanılar.»144
İmam Kazım (ə): «Həzrət İsa Məsih (ə) həvarilərinə buyurdu: «Allahın məbədlərini bədənlərinizin və alınlarınızın zindanı qərar verin.»145