Atamın (İmam Baqir (ə)) Allah-Təalaya bir hacəti və diləyi olduqda onu günorta çağı istəyərdi. O‚ əvvəlcə sədəqə verər‚ ətir vurub‚ məscidə gedər və sonra da hər nə arzusu varsa‚ Allahdan istəyərdi.173
Allahdan bir istəyim var idi. Günorta çağı məscidə getdim. Mənim hər hacətim olanda belə edirəm.174
Ey Məsmə! Nə üçün sizə qəm-qüssə üz verdikdə dəstəmaz alıb‚ məscidə gedib‚ iki rəkət namaz qılıb‚ Allahdan hacətinizi diləmirsiniz?! Bu ayəni eşitməmisinizmi?: «(Müsibət vaxtında) səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!»175
İmam Sadiq (ə): «Xəstələndiyiniz zaman həkimə müraciət edərək‚ ona müəyyən məbləğ ödəyirsiniz. Həmçinin, hökmdarın yanına (dərdinizi deməyə) gedərkən qapıçıya bəxşiş verirsiniz. Hər hansı bir müşküllə üzləşdiyiniz zaman Allaha pənah aparsanız‚ əvvəlcə dəstəmaz alın. Sonra da məscidə gedib‚ iki rəkət namaz qılın və Allaha həmd-səna edib‚ Peyğəmbərinə (s) və Əhli-beytinə (ə) salavat göndərin. Ardınca da belə dua edin: İlahi! Xəstələndikdə mənə şəfa ver. Səfərə gedərkən sağ-salamat geri qayıtmağıma kömək ol. Qorxduğum bəlalardan məni qoru.
Allah-Təala duanızı qəbul edəcək. O‚ bəndə şükür etdiyi zaman dualarını qəbul etməyə and içib.»176