Bu dünyada dörd şey qəribdir: Zalım şəxsin ağuşundakı (sinəsindəki) Quran‚ namaz qılınmayan məscid‚ Evdə (dustaq) qalıb oxunmayan Quran və fasiq cəmiyyətin arasında yaşayan saleh əməlli insan.195
Üç şey Qiyamət günü Allah dərgadına şikayət edəcək: «Qurani-kərim‚ məscid və Əhli-beyt (ə). Quran buyurar: «İlahi! Məni yandırdılar‚ parça-parça etdilər.» Məscid deyər: «İlahi! Məni tərk etdilər və kənara atıb hədər etdilər.» Əhli-beyt (ə) buyurar: «İlahi! Bizi qətlə yetirdilər‚ cəmiyyətdən uzaqlaşdırıb‚ sürgün etdilər.»196
Münafiqlər özlərinə məxsus nişanələrlə tanınarlar: ... könülsüz və etinasız halda məscidə gələr‚ (həmişə qəsdən) namaza gecikərlər.197
Məscidin qonşuluğunda yaşayan şəxsin namazı, yalnız məsciddə məqbul sayılır.198
İmam Sadiq (ə) atasından‚ o da imam Əlidən (ə) rəvayət edir: «Məscidin qonşuluğunda yaşayan şəxsin namazı‚ məsciddən başqa bir yerdə qəbul olunmaz. Əlbəttə‚ üzrlü səbəbdən və ya xəstə olduğu üçün deyilsə». Dedilər: «Məscidin qonşuları kimdir‚ ey Əmirəl-möminin (ə)?!» Buyurdu (ə): «Azan səsini eşidən hər kəs.»199
İmam Əli (ə): «Məscidin qonşuları rahat‚ asudə və sağlam olduğu halda vacib namazlarını məsciddə qılmırsa‚ onların namazı məqbul deyildir!»200