6.1 Qadınların Peyğəmbərlə (s) bİrlİkdə məscİddə namaz qılması
İmam Əli (ə): «Qadınlar da Peyğəmbərlə (s) birlikdə namaz qılırdılar. Hətta, (o dövrdə) kişilər qısa (ətəkli paltar) geyindiyinə görə‚ qadınlara başlarını onlardan öncə namazdan qaldırmamaq haqqında göstəriş verilmişdi.»206
6.2 Qadınların məscİdə getmələrİnə MANE OLMAĞIN pİslənməsİ
Həzrət Məhəmməd (s) buyurmuşdur:
Qadınlar sizdən məscidə getmək üçün icazə istədikdə‚ onları məscidin xeyir-bərəkətlərindən məhrum etməyin.207
Nə vaxr həyat yoldaşınız sizdən məscidə getmək üçün icazə istəsə‚ ona mane olmayın.208
Evlərində oturmaq daha xeyirli olsa da‚ həyat yoldaşlarınızın məscidlərə getmələrinin qarşısını almayın.209
Mücahiddən nəql olunur: «Abdullah ibn Ömər dedi: «Peyğəmbər (s) buyurdu: «Gecələr də‚ həyat yoldaşınıza məscidə getməyə icazə verin.»
Abdullah ibn Ömərin oğlanlarından biri dedi: «Allaha and olsun! Mən qoymaram ki‚ kimsə arvadımı (gecə məscidə getməyə təşviq etsin) yoldan çıxartsın! Allaha and olsun! Mən ona məscidə getməyə icazə verməyəcəyəm!»
Abdullah ibn Ömər ona küfr etdi və qəzəblə dedi: «Mən «Allahın Rəsulu (s): «Gecələr də‚ həyat yoldaşınıza məscidə getməyə icazə verin.» buyurdu deyirəm‚ amma sən «İcazə verməyəcəyəm!»-deyə inad edirsən?!210