Məhəmməd peyğəmbər (s): «Kimin məsciddə (faydasız) şer oxuduğunu görsəniz‚ ona belə deyin: «Allah dişlərini töksün!» Məscidlər yalnız Quran oxumaq üçün tikilib.»288
İzah: Diqqət edin! Yuxarıdakı hədisin və buna oxşar digər hədislərin əksinə olaraq, aşağıdakı rəvayətlər Peyğəmbərin (s) və Əhli-beytin (ə) məsciddə şer oxumağı təsdiq etdiyindən xəbər verirlər. Elə buna görə də‚ çoxsaylı fəqihlər məsciddə şer oxumağın məkruh (bəyənilməmiş) olması haqda olan hökmün‚ nalayiq və batil şerlərə aid olduğu fikrindədirlər.
Cabir ibn Səmurədən belə nəql olunur: «Yüz dəfədən artıq Peyğəmbərin (s) məsciddəki məclislərində iştirak etmişəm. Elə bir halda ki‚ Rəsulallah (s) əyləşmiş və dostları da bir-birlərinə şer deyirdilər.289
Ürvə, Ayişədən nəql edir: «Allahın Rəsulu (s) məsciddə Həssan (o dövrdə yaşamış şair) üçün minbər qoyar və o da‚ minbərin üzərinə çıxaraq‚ Peyğəmbəri mədh edər və onu müdafiyə edərdi. Rəsulallah (s) da öz növbəsində buyurardı: «(Nə qədər ki‚ Allah Rəsulunu (s) mədh edir və onu müdafiə edir) Allah-Təala Həssana Ruhül-quduslə kömək edəcəkdir.»290
Səid ibn Müsəyyibdən nəql olunur: «Bir gün Həssan ibn Sabit məsciddə şer oxuyar»kən Ömər oraya gəlib dedi: Ey Həssan! Sən Allahın Rəsulunun (s) məscidində şer oxuyursan?» Həssan cavab verdi: «Mən bundan əvvəl də burada şer oxuyurdum o zaman səndən daha yaxşısı (Peyğəmbər (s)) burada idi.
Ömər «Doğrudur.»-dedi və yoluna davam etdi.»291
Nail ibn Tufeyl ibn Əmr Dəvsi nəql edir: «Peyğəmbər (s) (daim faydasız-lazımsız sözlər eşitməkdən sığındığı) məscidində oturmuşdu. Xəffaf ibn Nəzlət ibn Ömər ibn Bəhdələ Səqəfi yaxınlaşaraq bu şeri oxudu: