Susuz və otsuz çöllərdə çarəsiz və gücsüz qaldılar...
Allahın elçisi bu beytləri bəyənib‚ buyurdu: «Doğrudan da, bəzi bəyanlar sehirli və bəzi şerlər hikmətlidir.»292
Yəhya ibn Səidin rəvayət etdiyinə əsasən‚ Abdullah ibn Ünəys anası‚ yəni Kəəb ibn Malikin qızı vasitəsilə belə rəvayət edir: «Allahın elçisi (s) Kəəb ibn Malik məsciddə şer oxuyarkən onun yanına gəldi. Peyğəmbər (s) onun simasının (parlaq və bədirlənmiş) ay kimi nurani olduğunu müşahidə etdikdə‚ buyurdu: «Hansi işlə məşğul idin?» Kəəb dedi: «Şer oxuyurdum». Rəsulallah (s) buyurdu: «Mənim üçün də oxu». Kəəb oxudu və bu beytlərə çatdı: