Məhəmməd peyğəmbər (s): «Ayağa qalxın‚ məsciddə yatmayın!»295
Cabir rəvayət edir: «Məsciddə uzanmışdıq. Bu vaxt Allahın Rəsulu (s) içəri daxil oldu. Əlindəki təzə xurma ağacının budağı ilə bizi yavaşca vuraraq‚ buyurdu: «Məsciddə yatırsınız‚ bilmirsiniz ki‚ burada yatmaq olmaz?!»296
Əbuzər rəvayət edir: «Məsciddə yatmışdım. Allahın elçisi (s) yanıma gəldi. Ayağı ilə yavaşca vuraraq‚ buyurdu: «Səni məsciddə yatmış görürəm?!» Dedim: «Ey Allahın Rəsulu (s)! Göz qapaqlarım mənə qələbə çaldı (istər-istəməz mürgülədim).»297
Məhəmməd peyğəmbər (s): «Kim məsciddə üzrsüz səbəbə yatarsa‚ Allah-Təala onu davamlı bir xəstəliyə düçar edər.»298
Rəsulallah (s):«Kimcümə günü məsciddə mürgüləsə‚ öz yerini dəyişsin.»299