Məhəmməd peyğəmbər (s): «Körpə uşaqları və dəlilərinizi məsciddən uzaqlaşdırın. Məsciddə ticarət etməyin.»324
Məhəmməd ibn Müslim rəvayət edir: «İmam Baqir (ə) (ya imam Sadiq (ə)) buyurdu: «Peyğəmbər (s) məsciddə qılınc çəkməyi‚ nizə düzəltməyi qadağan etdi. O həzrət (s) buyurdu: «Şübhəsiz‚ məscidlər belə işlər üçün deyil‚ başqa məqsədlər üçün inşa edilmişdir.»325
Əmr ibn Şüeyb babalarından belə nəql edir: «Allahın Rəsulu (s) məsciddə alver etməyi‚ itirilən şeylər üçün elan verməyi və şer oxunmağı qadağan etdi.»326
Allah-Təala mənə belə vəhy etdi: «Ey peyğəmbərlərin və xalqa xəbərdarlıq edənlərin qardaşı! Ümmətinə xəbərdarlıq et! Onlardan heç kim bəndələrimdən birinin haqqı boynunda olduğu halda evlərimdən (məscid) heç birinə daxil olmasın! Çünki ona qarşımda namaz qıldığı halda olsa da‚ nə qədər ki‚ mənim bəndəmin haqqını qaytarmayıb‚ nifrin (qarğış‚ bəddua) edərəm. Amma bəndəmin haqqını ödəsə‚ onun eşıdən qulqları‚ görən gözləri olaram. O‚ mənim dostlarım və seçilmiş yaxınlarımdan birinə çevrilər. Behiştdə peyğəmbərlər‚ siddiqlər (düzgün əməlli və doğru danışan‚ sədaqətli insanlar)‚ şəhidlər və saleh əməlli insanlarla birgə Mənim qonşum olar.»327
Allah-Təala peyğəmbərlərindən birinə belə vəhy etdi: «Nə üçün bəndələrim günahkar qəlbləri‚ pak olmayan əlləri ilə evlərimə (məscid) daxil olurlar?! Mənə lovğalıqmı edirlər?! Yoxsa Məni aldatmaqmı istəyirlər?! İzzət və şərəfimə and olsun‚ onları elə bir bəlaya mübtəla edərəm ki‚ dözümlü və səbirli şəxs belə ona tab gətirə bilməz! Belə insanların arasından, yalnız qərq olduğu zaman dua edən (tövbə edən) kəslər qurtular və nicat tapar.»328
İmam Əli (ə): «Allah-Təala məsih İsa ibn Məryəmə (ə) belə vəhy etdi: «Bəni-İsrail zadəganlarına de: «Evlərimə (məscid), yalnız təmiz qəlblər‚ məsum baxışlar və günaha bulaşmamış‚ pak əllərlə daxil olun! Bəndələrimdən birinin haqqını tapdalayan heç bir kəsin duasını (nə qədər ki‚ onun haqqını əta etməyib) qəbul etməyəcəyəm!»329