Məscid, insanın Tanrı ilə rabitə saxladığı məxsus bir məkan olduğuna və həmçinin, Allahın evi sayıldığına görə İslam dinində xüsusi hörmətə malikdir.Belə ibadət məkanlarına hörmət bəsləməyin İslam ümməti arasında dini bir mədəniyyət və vəzifə şəklini alması üçün çoxsaylı hədislərimizdə məscidə xas olan hökmlər və ədəb-ərkan qanunlarından əlavə‚ hətta bəzi rəvayətlərdə də onu«müsəycid» (kiçik məscid) adlandırmaq belə tənqid olunmuşdur. Həzrət Peyğəmbər (s) buyurur: «Heç bir vaxt məscidə «müsəycid» deməyin! Çünki məscid, Tanrıya ibadət olunan Allah evidir.»