Qurani-kərim: «Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbəri (s) bir gecə (Məkkədəki) Məscidül-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-əqsaya (Beytül-müqəddəsə) aparan Allah pakdır‚ müqəddəsdir! O‚ doğrudan da‚ (hər şeyi) eşidəndir‚ görəndir!»358
Məhəmməd peyğəmbər (s): «Süleyman ibn Davud (ə) Beytül-müqəddəsi tikib-qurtardıqdan sonra Allah-Təaladan üç arzu dilədi: İlahi hökmləri ilə həmahəng olan mühakimə etmək qüdrəti‚ ondan sonra gələcək heç bir kəsə əta olunmayacaq olan hökmranlıq və bu məscidə gəlib namaz qılan hər kəsin‚ anasının bətnindən yenicə doğulan körpə uşaq kimi pak olması (günahlarının bağışlanması).359
Meymunə Rəsulallaha belə dediyini rəvayət edir:
Ey Allahın Rəsulu‚ Beytül-müqəddəs haqqında bizə nəzərini söylə.
Buyurdu (s):
(Beytül-müqəddəs) Qiyamət gününün bərpa olacağı məkandır. Oraya gedin və namaz qılın! Çünki orada qılınan bir namaz‚ başqa məscidlərdə qılınan min namaza bərabərdir.
Bəs əgər oraya getmək imkanımız olmasa, nə edək?
Oranı işıqlandırmaq üçün yağ göndər. Kim belə etsə sanki‚ oranı ziyarət etmişdir.360
İmam Əli (ə):«Dörd məkan Behiştin yer üzərindəki saraylarından sayılır: Məscidül-həram‚ Məscidün-Nəbi‚ Beytül-müqəddəs və Kufə məscidi.»361