BiRİNCİ FƏSİL



Yüklə 0,72 Mb.
səhifə85/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   81   82   83   84   85   86   87   88   ...   107

10.4 Quba məscİdİ


Qurani-kərim: «(Ya Rəsulum!) Orada (Zirar məscidində) heç vaxt namaz qılma! İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid (Quba məscidi) namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri‚ mənəvi qüsurlardan‚ çirkinliklərdən qorumağa çalışanları) sevər!»362

  1. Hələbi rəvayət edir: «İmam Sadiqdən (ə) «Təqva üzərinə bina olunmuş məscid»in (hansı məscid olması) haqqında soruşdum. Buyurdu (ə): «Bu, Quba məscididir.»363

  2. Zürarə‚ Həmran və Məhəmməd ibn Müslim rəvayət edir: «İmam Baqir (ə) və imam Sadiq (ə) Quba məscidi haqqında nazil olmuş bu ayəni «İlk gündən təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində əsası qoyulan məsciddə (Quba məscidi) namaz qılmaq daha yaxşıdır» - şərh edərkən buyurdu: «Məqsəd, (Quba məscidini) Zirar məscidi ilə müqayisə etməkdir.»364

Məhəmməd peyğəmbər (s) buyurmuşdur:

  1. Kim məscidimə (Quba məscidinə) gəlib‚ orada iki rəkət namaz qılsa‚ bir Həcci-ümrə ziyarətinin savabını qazanmış halda (evə) dönər.365

  2. Quba məscidində namaz qılmaq, bir Həcci-ümrə ziyarətinə bərabərdir.366

  3. Kim layiqli şəkildə dəstəmaz alaraq Quba məscidinə gəlib‚ orada dörd rəkət namaz qılsa‚ sanki bir Həcci-ümrə ziyarətini yerinə yetirmişdir.367

  4. İbn Ömər rəvayər edir: «Allahın Rəsulu (s) Quba məscidinə həm piyada və həm də miniklə gedərdi. Və orada iki rəkət namaz qılardı.»368

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin