BiRİNCİ FƏSİL



Yüklə 0,72 Mb.
səhifə88/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   84   85   86   87   88   89   90   91   ...   107
İmam Sadiq (ə): «Əmirəl-möminin Kufə məscidində olarkən bir kişi ona sarı gəlib‚ dedi: «Sənə Allahın salamı‚ rəhməti və xeyir-bərəkəti olsun‚ Ey Əmirəl-möminin! (O həzrət salamın cavabını verdi.) Sənə qurban olum. Məscidül-əqsaya getmək niyyətindəyəm. İstədim ki‚ səninlə görüşüb‚ xüdahafizləşim». Buyurdu: «Bu səfərə getməkdə məqsədin nədir?» Dedi: «Savab qazanmaq istəyirəm». İmam (ə) buyurdu: «(Səfər üşün aldığın) minik vasitəsini sat‚ yol azuqəni istifadə et və elə bu məsciddə namaz qıl. Burada vacib namaz qılmaq, (Allah dərgahında) qəbul olunmuş Həccə‚ müstəhəbb namaz qılmaq isə (Allah dərgahında) qəbul olunmuş həcci-ümrəyə bərabərdir. Onun on iki santimetrliyi (belə) bərəkətlidir. Sağ tərəfi bərəkət, sol tərəfi isə hiylədir. Bunların arasında isə yağ çeşməsi‚ süd bulağı‚ su çeşməsi və möminlər üçün pak bir bulaq var. Nuhun gəmisi buradan hərəkət etdi. Nəsr‚ Yəğus və Yəquq bütləri buradaydı. Yetmiş peyğəmbər və onların yetmiş canişini ki‚ mən də onlardan biriyəm‚ burada namaz qılmışdır. (Əlini sinəsinə qoyduğu halda) Kim hacətinin qəbul olması üçün orada dua etsə‚ Allah-Təala onun duasını qəbul edər və çətinliyini aradan qaldırar.»377

  • Həbbət əl-Ürənni rəvayət edir: «Həzrət Əlinin (ə) yanında oturmuşdum. Bir kişi onun hüzuruna gəlib‚ dedi: «Ey Əmirəl-möminin! Bu, mənim miniyim və bu da (yol) azuqəmdir. Bu evə (Beytül-müqəddəsə) getmək istəyirəm». Buyurdu (ə): «Azuqəni istifadə et‚ miniyini sat və bu məscidə (Kufə məscidinə) üz gətir. Çünki o‚ dörd (əzəmətli) məsciddən biridir. Orada iki rəkət namaz qılmaq‚ başqa məscidlərdə on rəkət namaz qılmaqdan daha üstündür.»378


  • Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   84   85   86   87   88   89   90   91   ...   107




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin