BiRİNCİ FƏSİL



Yüklə 0,72 Mb.
səhifə91/107
tarix04.01.2022
ölçüsü0,72 Mb.
#60448
1   ...   87   88   89   90   91   92   93   94   ...   107
İmam Sadiq (ə): «Kufə məscidində bir namaz qılmaq‚ (başqa məscidlərdə qılınan) min namaza bərabərdir.»384

  • Harun ibn Xaricə rəvayət edir: «İmam Sadiq (ə) mənə buyurdu:

    Dedim:

    • Xeyr.

    • Bütün namazlarını orada qılırsanmı?

    • Xeyr.

    • Əgər mən ona yaxın bir yerdə yaşasaydım‚ bütün namazlarımı orada qılardım. Bilirsənmi o yerin nə qədər fəziləti var? Bütün əməlisaleh bəndələr və ya peyğəmbərlər Kufə məscidində namaz qılmışlar. Hətta Peyğəmbər (s) meraca aparılarkən Cəbrayıl o Həzrətə (s) dedi: «Ey Peyğəmbər! Bilirsənmi haradasan? Sən Kufə məscidindəsən». Rəsulallah (s) buyurdu: «Allahdan mənə izn istə ki‚ oraya daxil olub‚ iki rəkət namaz qılım.

    O‚ Allahdan icazə istədi və Allah-Təala ona icazə verdi. Doğrudan da, ora Behişt bağlarından biridir. Onun içi‚ əvvəli və axırı da Behişt bağlarındandır. Orada qılınan hər vacib namaz min namaza bərabərdir. Orada qılınan hər müstəhəbb namaz beş yüz namaza bərabərdir. Orada sadəcə oturmaq‚ hətta Quran oxumasan və zikr söyləməsən belə, ibadətdir. Əgər camaat onun nə qədər fəzilət daşıdığını bilsəydi‚ iməkləməklə də olsa‚ ora üz tutardı.385

    1. Müfəzzəl ibn Ömər rəvayət edir: «İmam Sadiqlə (ə) birlikdə Əbu Əbbas Səffahın yanına gedərkən Kufədə idim. Künasə məntəqəsinə çatdıqda Həzrət buyurdu: «Əmim Zeydi burada edam ediblər».

    Sonra yolumuza davam etdik və yağsatanların yanına yetişdikdə‚ atdan endi və buyurdu:

    • Aşağı düş. Bura, qədim Kufə məscidinin yerləşdiyi məkandır. İlk olaraq Adəmin (ə) məscid tikdiyi məkandır. Bu (müqəddəs) məkana miniklə daxil olmaq istəmirəm.

    Dedim:

    • Kim buranın xəritəsini (yerini) dəyişdi?

    – İlk olaraq Nuhun (ə) tufanı zamanı dağıldı. Sonra isə İran və Ərəb padşahlarının tərəfdarları‚ sonra da Ziyad ibn Əbu Süfyan tərəfindən dağıdıldı.

    – Kufə və onun məscidi Nuhun (ə) dövründə mövcud idi?



    • Bəli‚ ey Müfəzzəl! Nuhun (ə) və onun tayfasının məskunlaşdığı kənd (ilə buranın fasiləsi) Fərat çayından (indiki) Kufənin qərb hissəsinə qədər olan məsafə qədər idi. Nuh (ə) xarrat idi və Allah-Təala onu seçib‚ peyğəmbərlik məqamına ucaltdı. Nuh (ə) gəmi düzəldib, su üzərində hərəkət etdirən ilk şəxsdir. O, 950-il öz qövmünü Allaha ibadət etməyə çağırırdı. Lakin ona rişxənd edərək‚ ələ-salırdılar. Onların belə etdiyini gördükdə‚ nifrin (qarğış) edərək buyurdu: «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki onları (sağ) buraxsan‚ onlar Sənin bəndələrini yoldan çıxardacaq‚ ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.»386

    Sonra Allah-Təala Nuha (ə) vəyh etdi: «Tez bir zamanda geniş bir gəmi düzəlt.» Belə olduqda Nuh (ə) Kufə məscidində öz əlləri ilə gəmi düzəltdi. O‚ gəmini tikmək üçün lazım olan ləvazimatı uzaq yerlərdən gətirirdi. Bu minvalla o‚ gəmini tikməyi bacardı.387

    1. Müfəzzəl ibn Ömər rəvayət edir: «İmam Sadiqdən (ə) soruşdum: «Kufə məscidi qədim məsciddirmi?» Buyurdu (ə): «Bəli‚ elədir. Ora peyğəmbərlərin namaz qıldıqları məkandır. Allahın Rəsulu (s) da‚ meraca getdikdə orada namaz qılmışdır. Cəbrayıl (ə) ona dedi: «Ey Məhəmməd! Bura sənin baban Adəmin və (başqa) peyğəmbərlərin namaz qıldığı məkandır. Aşağı en və orada namaz qıl».

    Peyğəmbər (s) aşağı enib‚ orada namaz qıldı. Sonra Cəbrayıl Rəsulallahı (s) asimana apardı.»388

    1. Həsən ibn Əli ibn Əbu Həmzə‚ Əbu Bəsir vasitəsilə rəvayət edir: «İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: «Kufə məscidi necə də‚ gözəl bir məsciddir! Orada min peyğəmbər və onların min canişini namaz qılmışdır. Orada təndirdən çeşmə coşdu və Nuh (ə) gəmisini orada düzəltdi. Onun sağ tərəfi ilhai-rizvani (Behişti)‚ sol tərəfi məkr və hiylə‚ arası isə Behişt bağlarından biridir».

    Əbu Bəsirdən soruşdum: «Onun Sol tərəfinin məkr və hiylə olmasından məqsəd nədir?» Dedi: «Məqsəd, Şeytanın evləridir (İmam Hüseynin (ə) qanını axıdan Kufə hökumətinin sarayları).»389


    1. Yüklə 0,72 Mb.

      Dostları ilə paylaş:
  • 1   ...   87   88   89   90   91   92   93   94   ...   107




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin