İmam Rza (ə): «Kufə məscidində təkbaşına bir namaz qılmaq‚ başqa məscidlərdə camaatla qılınan yetmiş namazdan daha da fəzilətlidir.»390
İmam Rza (ə): «Kufə məscidi Nuhun (ə) evidir (evinin yerləşdiyi yerdədir). Kim oraya yüz dəfə daxil olsa‚ Allah-Təala onu yüz dəfə bağışlayar. Çünki Nuhun (ə) bu duası onun haqqında qəbul olmuşdur: «Ey Rəbbim! Məni‚ ata-anamı‚ mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!»391