Əbu Bəkr Xəzrəmi rəvayət edir: «İmam Baqirə (ə) dedim: «Allahın hərəmi (Məscidül-həram) və Peyğəmbərin hərəmindən (Məscidün-Nəbi) sonra hansı məkan fəzilətlidir?» Buyurdu (ə): «Ey Əbu Bəkr! Kufə pak və müqəddəs bir şəhərdir. Orada rəsul və nəbi peyğəmbərlərin‚ onların əməlisaleh canişinlərinin qəbirləri yerləşir. Bundan başqa, Səhlə məscidi də mübarək bir məsciddir. Hər bir peyğəmbər orada namaz qılmışdır. İlahi ədalət orada bərpa olunacaq‚ Tanrı qiyamçısı orada baş qaldıracaq və onun ardınca digər qıyamçılar da ayağa qalxacaqlar. Orada peyğəmbərlərin‚ onların canişinlərinin və əməlisaleh insanların evləri yerləşir.»392