İmam Sadiq (ə): «Kufəyə daxil olduqda Səhlə məscidinə get və orada namaz qılıb‚ Allah-Təaladan mənəvi və dünyəvi hacətlərini istə. Səhlə məscidi İdrisin (ə) namaz qıldığı və dərziliklə məşğul olduğu evdir. Kim orada Allaha sevdiyi şəkildə dua etsə (yaxud istədiyi hacəti diləsə)‚ Allah onun diləyini qəbul edər və Qiyamət günü onu uca məqamlara‚ hətta İdris (ə) peyğəmbərin məqamınadək ucaldar. Dünyadakı çətinliklərdən və düşmənlərinin şərrindən amanda saxlayar.»397
İmam Sadiq (ə): «Bu məscid (Səhlə məscidi) bizim sahibimizin dostları ilə birgə qiyama qalxdığı vaxt (yerləşəcəyi) məkandır.»398
Əbu Bəsir rəvayət edir: «İmam Sadiq (ə) buyurdu: «Ey Əba Məhəmməd! Sanki indi Qaimin (ə.c.) öz ailəsi ilə birlikdə Səhlə məscidində yerləşdiyini görürəm». Soruşdum: «Ora Onun mənzilidirmi?» Buyurdu (ə): «Bəli‚ ora İdrisin (ə) də mənzilidir. Allah-Təalanın göndərdiyi bütün peyğəmbərlər orada namaz qılıb. Kim orada qalsa‚ sanki Allahın Rəsulunun evində qalıbdır. Hər bir mömin kişi və qadın oranı sevər. Hər gecə-gündüz Tanrı mələkləri oraya sığınıb‚ ibadətlə məşğul olurlar.
Ey Əba Məhəmməd! Əgər mən sizə yaxın olsaydım‚ bütün namazlarımı o məsciddə qılardım. Bizim Qaim (ə.c.) qiyama qalxdıqda‚ Allah-Təala‚ Peyğəmbərinin (s) və bizim hamımızın intiqamını (düşmənlərimizdən) alacaq.»399