İmam Baqir (ə): «Xeyf məscidində yetmiş peyğəmbər və nəbi namaz qılmışdır.»401
İmam Baqir (ə):«Kim Minada yerləşən Xeyf məscidini tərk etməzdən qabaq yüz rəkət namaz qılsa, yetmiş ilin ibadətinin savabını və hər kəs yüz dəfə Allaha həmd-səna oxusa‚ bir qulu azad etməyin savabını və hər kim yüz dəfə Allahın bir olmasını etiraf etsə, bir nəfərə həyat verməyin savabını qazanar. Kim orada yüz dəfə Allaha şükür etsə‚ sanki Kufə və Bəsrənin xəracını Allah yolunda sədəqə vermişdir.»402
İmam Sadiq (ə): «MinadakıXəyf məscidində namaz qıl. Allah Rəsulunun (s) səcdəgahı‚ məscidin ortasında yerləşən minarənin kənarında idi. Bu minarə qabaq səmtdən qibləyə tərəfdir və onunla arasındakı məsafə otuz ziradır. Onun sağ-sol və arxası birlikdə otuz ziradır. Əgər imkanın varsa, orada namaz qıl. Çünki orada min peyğəmbər namaz qılıb. Bu məscidin Xəyf adlandırılmasının səbəbi‚ onun nisbətən hündür bir məkanda tikilməsidir. Belə tikililər (ərəb dilində) xəyf adlanır.»403