Birinci Fəsil


BEŞİNCİ HİSSƏ On dördüncü fəsil



Yüklə 0,74 Mb.
səhifə16/23
tarix10.01.2022
ölçüsü0,74 Mb.
#106747
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

BEŞİNCİ HİSSƏ



On dördüncü fəsil

Uçmaq üçün qəfəs


1984-cü ilin novruz bayramı gəlib çatdı. Tikanlı məftillərin arasından çıxan yabanı kolların ağ və xırda çiçəklərindən, baharın gəlişini hiss etmək olurdu. Bu il də ötən ilki kimi dostlarla bir araya toplaşıb yeni il duasını oxuduqdan sonra, əzizlərimizə dua etdik.

Novruz bayramından bir ay keçirdi. Bir gün səhər kazarmada oturarkən, düşərgəyə dörd-beş minik maşınının gəldiyini gördük. İraqlılar hələ heç nə deməmişdilər, amma əsirlərin yerini dəyişmək istədikləri aydın idi. Çünki kazarmalarda əsirlərin sayı həddən artıq çox idi, onların başqa yerə aparılacağı məlum idi. Bir qədər sonra, kazarmaları bir-bir gəzib bəzilərimizin adını oxuduqdan sonra, əşyalarımızı yığıb həyətə çıxmağımızı əmr etdilər. Həyətdə toplandıqda, 24 nömrəli kazarmadan olan 60-70 nəfərdən başqa, korpusun bütün əsirlərini səslədilər.

Minik maşınında bir söz gəzirdi. Deyirdilər ki, iraqlılar bizi yeni düşərgəyə, yəni uşaq və yeniyetmə düşərgəsinə aparacaqlar. Bir müddət idi ki, iraqlılar Ənbərlə Rəmadi arasında yeni düşərgə tikirdilər. Amma ağlımıza gəlməzdi ki, həmin düşərgəni bizim üçün inşa edirmişlər. Bir tərəfdən də fikirləşirdim ki, əgər yeni düşərgə uşaqlar üçündürsə və bütün azyaşlı əsirləri oraya toplayacaqlarsa, bəs nəyə görə onlardan bəzilərini Rəmadidə saxladılar?!

Təxminən 400 nəfər idik. Yeni düşərgənin Rəmadi ilə məsafəsi çox deyildi, amma yenə də hər maşına çox sayda gözətçi əsgər yerləşdirmişdilər. Yeni düşərgə eynilə Ənbər və Rəmadi kimi idi. Tikanlı məftillərin quruluşu, korpusların həyəti, pəncərələri və s. Bu düşərgə ilə digər iki düşərgədəki yeganə fərq bu idi ki, burda üç korpus var idi, dördüncü korpus isə hələ tikilib qurtarmamışdı.

Əsirləri birinci və ikinci korpuslara böldülər. Mən ikinci korpusa düşdüm. Bilmirəm, kimsə yeni düşərgənin adının Beynəl-qəfəsəyn1 adlandırdı. Mənalı ad idi. İki qəfəsin arasındakı qəfəs mənasını verirdi. Elə özü də Ənbərlə Rəmadinin arasında tikilmiş yeni düşərgə idi. Allah şahiddir ki, əsirlik həyatı yaşadığım hər iki düşərgə, heç vaxt mənim üçün qəfəs olmadı. İndi də Allahdan tək istəyim burada qalacağım müddətdəki çətinliklərimi Ona olan ümidim və təvəkkülümlə arxada qoya bilməyim idi.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin