Həzrət Məhəmməd (s) buyurmuşdur: Məscidə tərəf addım atan şəxs‚ (hər addımın) müqabilində (bir) savab qazanar.107
Məscidə sarı yola düşən şəxs‚ atdığı hər addımın müqabilində on savab qazanar.108
Məscidə tərəf yola düşən şəxs‚ evinə qayıdanadək atdığı hər addımın müqabilində on savab qazanar. Həmçinin, onun əməl dəftərindən on günah silinər və nəticədə o‚ on mərtəbə ucalar.109
Evindən məscidə getmək niyyəti ilə addım atan şəxs‚ əməl dəftərinə bir addımında bir savab yazar və o biri addımında isə bir günahını silər.110
Allah-Təala (Qiyamət günü) üç şəxsə zamin olar: məscidə sarı yola düşən şəxsə Allah-Təala Qiyamət günü onu tapıb‚ behiştə göndərməyə‚ yaxud da onun əməlinin savabını verməyə zəmanət verər.111
Azan oxuyanın (namaza) çağırışını qəbul etmək (namaza getmək)‚ Allahın rəhmət nəzərini cəlb edər və o‚ Behiştlə mükafatlandırılar. Mən onu rəd edən (namaza getməyən) şəxslə Qiyamət günü mübarizə aparacağam. Allah carçısının dəvətini qəbul edıb‚ məscidə gedən şəxsın xoş halına! Cənnət əhli olan mömin şəxslərdən başqa heç kəs müəzzinin (namaza) dəvətini qəbul etməz.112
Məscidə getmək Allah və Peyğəmbərinin (s) əmrinə tabe olmaq deməkdir. Hər kim‚ Allah və Peyğəmbərinə (s) itaət etsə‚ Tanrı onu sadiqlər və şəhidlərlə birlikdə Behiştə daxil edər. O‚ Behiştdə həzrət Davudla (ə) həmsöhbət olar. Həzrət Davuda (ə) verilən savab qədər mükafatlandırılar.113
Hər səhər-axşam məscidə getmək Allah yolunda cihad etməyin bir hissəsi sayılır.114
Məscidə hər səhər-axşam Allaha xatir getməyən şəxsin əməlləri naqisdir.115
Hər səhər-axşam məscidə gedən şəxsin hər gedişində Allah-Təala onun Behişt azuqəsini hazırlayır.116
Sənin məscidə doğru gedişinin və oradan evə qayıdışının savabı bərabərdir.117
Hər səhər-axşam məscidə gedən şəxs‚ bu əməlinə başqa işlərlə müqayisədə daha çox əhəmiyyət versə‚ Allah-Təala hər dəfə onun üçün Behişt nemətlərindən azuqə hazırlayar. Necə ki‚ sizlərdən hər biri sevdiyiniz şəxsin görüşünüzə gəldiyini gördükdə‚ ona (xüsusi) ziyafət təşkil edər.118
Agah olun! Hər kim camaat namazı qılmaq niyyəti ilə məscidə gedərsə‚ hər addımının müqabilində yetmiş min savab əldə edər və elə bu qədər də onun əməl dərəcəsi artar.119
Bu altı xislətdən biri hansı müsəlmanda olarsa‚ Allah-Təala onun Behiştə daxil olmasına zamin olar: ... Gözəl şəkildə dəstəmaz alıb‚ namaz qılmaq üçün məscidə gedən şəxs. Əgər bu şəxs məscidə gedərkən (ya qayıdarkən) dünyasını dəyişsə‚ Allah-Təala (onun Behiştə getməsinə) zamin olar.120
Evində özünü təmizləyib‚ sonra da vacib namazlardan birini yerinə yətirmək üçün Tanrı evlərindən birinə sarı yola düşən şəxsin ilk addımı onun pis əməllərini təmizləyər‚ digər addımı isə (Behiştəki) məqamını yüksəldər.121
Gözəl şəkildə dəstəmaz alib‚ yalnız namaz qılmaq üçün evdən çıxan şəxs‚ məscidə daxil olana qədər (hər addım attığında) ardıcıl olaraq sol ayağı onun pis əməllərini məhv edib‚ sağ ayağı da (ona) savab yazar.122
Layiqli şəkildə dəstəmaz alıb‚ təkcə namaz qılmaq məqsədi ilə məscidə sarı yola düşən şəxs‚ oraya daxil olana qədər attığı hər addımda Allah-Təala onun günahlarını silib‚ məqamını yüksəldər. O, məscidə daxil olduğu vaxtdan namazın başlanmasına qədər olan müddətdə namaz qılan şəxs kimidir.123
İmam Zeynül-abidin (ə): «Məscidlər Allahın evləridir. Məscidə doğru şövqlə tələsən insanlar‚ fərəhlə Allahın hüzuruna‚ görüşünə tələsmiş kimidirlər».124
İmam Sadiq (ə): «Yağışlı və ya quru havada məscidə tərəf irəliləyən şəxsi‚ yerin yeddi qatı mədh edər.»125
5.3 Məscİdə hamıdan öncə daxİl olmağın savabı
Həzrət Məhəmməd (s): «(Qurani-kərimdə buyurulur:) «Və öndə olanlar; Onlar (dünyada Allah yolunda‚ imanda‚ əməldə‚ xeyirdə öndə olduqları kimi‚ Axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) Onlar (Allah dərgahına və lütfünə) yaxınlaşmış kimsələrdir.»126
(Bu ayənın nümunələrindən biri də) Məscidə ilk daxil olan və oranı sonuncu olaraq (hamıdan sonra) tərk edən şəxsdir.»127
İmam Baqir (ə): «Allahın Rəsulu (s) Cəbrayıldən soruşdu: «Ey Cəbrayıl! Hansı məkan Allah yanında daha dəyərlidir?» Dedi: «Məscidlər. Allahın ən çox sevdiyi məscid əhli isə hamıdan qabaq məscidə girib‚ hamıdan sonra oranı tərk edən şəxsdir.»128
Rəsulallah (s): «(Əbuzərə nəsihət edərkən) Ey Əbuzər! Qiyamət günündəki bayraq sahibləri necə də xoşbəxtdirlər! Onlar əllərində bayraq hamıdan qabaqda Behiştə doğru gedərlər. Agah olun! Onlar sübh çağı və başqa vaxtlar hər kəsdən əvvəl namaza tələsənlərdir.»129
5.4 Məscİd əhlİ olmağın fəzİlətİ
Həzrət Məhəmməd (s) buyurmuşdur:
Allah-Təala söhbəti Quran ayələri və evi məscid olan hər kəsə Behiştdə bir ev inşa edər.130
(Merac gecəsi müşahidə etdiyi Behiştin bəzi qapılarına həkk olunmuş yazıları bəyan edərkən): Kim Behiştdəki yerini görmək istəyirsə, məscidlərdə məskunlaşsın. (orada ibadətə məşğul olsun) 131
Bu dünyada (Allaha) qonaq olun ki, məscidlər eviniz olsun.132
«Allah-Təala (insanların) yeddi dəstəsini Tanrının (mərhəmət) sayəsindən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günü) Öz (rəhmət) sayəsinin altına alar: ... məsciddən çıxarkən‚ oraya bir də qayıtmaq üçün darıxan şəxs.»133
Məscidin divarına söykənmək ərəbin zahidliyi deməkdir. Həqiqətən də, möminin oturduğu yer məscid‚ istirahət yeri isə evidir.134
Şeytan adəm övladının canavarıdır. (Agah olun!) Sürüdən ayrılan qoyun qurda yem olar. Beləliklə‚ təfriqədən çəkinin‚ (həmişə) birliyə‚ həmrəyliyə və məscidə doğru üz tutun.135
Bir-birinizə salam verin ki, Allah-Təala sizi məscidlərdə görsun.136
Məscid hər təqvalı insanın evidir. Allah-Təala məscidi öz evi secən şəxsin (Qiyamət günü) rahat-asudə olmasına‚ Tanrının mərhəməti (sayəsində) qərar tutmasına və Sirat körpüsündən (əmin-amanlıq içində) keçməsinə zəmanət verir.137
Hər bir müsəlman məscidi ibadət etmək və Allahı xatırlamaq məqsədilə öz evi seçərsə‚ uzun müddət uzaq səfərdə olan (əziz) yaxınını görən ailə üzvləri kimi‚ Allah-Təala (da onun gəlişinə) sevinər.138
Hər kəs məscidlə ünsiyyət yaratsa‚ Allah-Təala da onunla ünsiyyət yaradar.139
Hər bir məscidin mələklərlə həmdəm olan «mismarlar»ı vardır. Onlar məscidə gəlmədikdə‚ mələklər onları axtarar. Əgər xəstələnsələr‚ onları yoxlamağa gedər, ehtiyacları olduqda isə onlara kömək edərlər.140
İmam Əli (ə): «(Merac haqqında olan hədisdə buyurulur): Allah-Təala buyurur: «Ey Əhməd! Hər kim sədaqətlə və tam səmimiyyətlə «Mən Allahı sevirəm!»-deyərsə‚ bil ki‚ məscidi öz evi seçər.»141
Əmirəl-möminin (ə): «Axirət aləmini düşünüb‚ dünyadan üz çevirən insanlar‚ necə də xoşbəxtdirlər! Onlar məscidləri xalça‚ onun torpağını yataq‚ suyunu təmizlik vasitəsi‚ Quran və duanı da özünə geyim vəsiləsi seçib, İsa ibn Məryəm (ə) kimi yaşayırlar.»142
İmam Zeynül-abidin (ə): «Musa ibn İmran (ə) dedi: «İlahi! Sənin (mərhəmət) sayəndən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günündə) Öz (rəhmət) sayən altına alacağın kəslər kimdir?» Allah-Təala ona belə vəhy etdi: «Qəlbləri pak və təvazökar şəxslər... Onlar, qartalların yuvalarına sığındığı kimi, məscidlərə sığınarlar.»143
İmam Sadiq (ə): «Mürüvvət iki növdür: Evdə və səfərdə alicənab olmaq. Evdə comərd olmaq Qurani-kərimi oxumaqla və məscidlərə getməklə qazanılar.»144
İmam Kazım (ə): «Həzrət İsa Məsih (ə) həvarilərinə buyurdu: «Allahın məbədlərini bədənlərinizin və alınlarınızın zindanı qərar verin.»145