6.1 Qadınların Peyğəmbərlə (s) bİrlİkdə məscİddə namaz qılması
İmam Əli (ə): «Qadınlar da Peyğəmbərlə (s) birlikdə namaz qılırdılar. Hətta, (o dövrdə) kişilər qısa (ətəkli paltar) geyindiyinə görə‚ qadınlara başlarını onlardan öncə namazdan qaldırmamaq haqqında göstəriş verilmişdi.»206
6.2 Qadınların məscİdə getmələrİnə MANE OLMAĞIN pİslənməsİ
Həzrət Məhəmməd (s) buyurmuşdur:
Qadınlar sizdən məscidə getmək üçün icazə istədikdə‚ onları məscidin xeyir-bərəkətlərindən məhrum etməyin.207
Nə vaxr həyat yoldaşınız sizdən məscidə getmək üçün icazə istəsə‚ ona mane olmayın.208
Evlərində oturmaq daha xeyirli olsa da‚ həyat yoldaşlarınızın məscidlərə getmələrinin qarşısını almayın.209
Mücahiddən nəql olunur: «Abdullah ibn Ömər dedi: «Peyğəmbər (s) buyurdu: «Gecələr də‚ həyat yoldaşınıza məscidə getməyə icazə verin.»
Abdullah ibn Ömərin oğlanlarından biri dedi: «Allaha and olsun! Mən qoymaram ki‚ kimsə arvadımı (gecə məscidə getməyə təşviq etsin) yoldan çıxartsın! Allaha and olsun! Mən ona məscidə getməyə icazə verməyəcəyəm!»
Abdullah ibn Ömər ona küfr etdi və qəzəblə dedi: «Mən «Allahın Rəsulu (s): «Gecələr də‚ həyat yoldaşınıza məscidə getməyə icazə verin.» buyurdu deyirəm‚ amma sən «İcazə verməyəcəyəm!»-deyə inad edirsən?!210
6.3 Qadınların məscİdə gedərkən rİayət etməlİ olduğu əməllər
Həzrət Məhəmməd (s) buyurmuşdur:
Allahın kənizlərinin (qadınlar) məscidə getməsinə mane olmayın. Əlbəttə, onlar (kişiləri cəlb etmək məqsədilə) ətir vurmamalıdırlar.211
(Kişiləri cəlb etmək məqsədilə) ətir vurub‚ məscidə gedən qadının namazı‚ onu yuyub-təmizləməyənə qədər‚ qəbul olmaz.212
(Bir qadına müraciətlə) Sizlərdən biri işa namazını qılmaq məqsədilə evdən xaric olduqda (qarşı cinsi cəlb etmək niyyətilə) ətir vurmasın.213
Həmzə ibn Ədu Üseyd Ənsari atası vasitəsilə Allahın elçisindən (s) nəql edir: (Qadın və kişilərin məsciddən çıxarkən yol boyu bir-birlərinə qarışdığını müşahidə edən) Allahın Rəsulu (s) qadınlara buyurdu: «Səbirli olun‚ tələsməyin! Yolun tən ortası ilə hərəkət etməyiniz xoşagəlməz haldır. Yolun kənarı ilə hərəkət edin.»214
7-Cİ FƏSİL: Məscİdə xİdmət etmək
7.1 Məscİdə xİdmət etməNİn fəzİlətİ
Qurani-kərim buyurur:
«İbrahimə və İsmailə: «Evimi‚ təvaf edənlər və orada qalıb həmişə ibadətdə olanlar‚ rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin!»-deyə göstəriş verdik.»215
«İmranın zövcəsinin: «Ey Rəbbim‚ bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) Məndən qəbul et! Əlbəttə‚ Sən eşidənsən‚ bilənsən!»-dediyini xatırla!»216
Xatəmul-ənbiya (s): «Həqiqətən, Allah-Təala sevdiyi bəndəsini məscidə xidmətçi təyin edər.»217
7.2 Məscİdİ İşİqlandırmaq
Həzrət Məhəmməd (s) buyurmuşdur:
Kim Tanrı məscidlərindən birində çıraq yandırsa‚ nə qədər ki, onun işığı məscidi nura boyayır‚ mələklər və ərşi daşıyanlar onun bağışlanmağı üçün dua edər.218
Kim məsciddə çıraq yandırsa‚ onun işığı məscidi nura boyayana qədər‚ yetmiş min mələk ona salam (salavat) göndərər.219
Kim gecə vaxtı məscidə çıraq gətirib‚ Allahın evini nura boyasa‚ Tanrı onun yetmiş illik günahlarını əfv edər‚ ona bir il ibadətin savabını bağışlayar və (Behiştdə) ona bir şəhər əta edər. Əğər başqa bir gecə də bu işi təkrar etsə‚ artırdığı hər gecənin müqabilində bir peyğəmbərin savabını qazanar. On gecə beləcə davam etsə‚ onun Allah dərgahında qazandığı savabı‚ heç kim vəsf edə (sayıb-qurtara) bilməz. Əgər bir ay məscidi işıqlandırsa‚ Allah-Təala cəhənnəm atəşini onun bədəninə haram edər.220
Əbu Hinddən nəql edilir: «Təmim Şamdan Mədinəyə çox sayda çıraq və yağ gətirdi. O‚ cümə günü Mədinəyə çatdı. Əbül-bərrad adlı xidmətçisinə‚ çıraqları məsciddə asıb‚ onlara yağ və su tökməsini əmr etdi. Günəş qurub etdikdə isə onları yandırdı. Allahın Rəsulu (s) məscidə gəlib‚ bu mənzərəni müşahidə etdikdə‚ buyurdu: «Bunları kim belə edib?» Dedilər: Təmim. Həzrət (s) buyurdu: «İslamı nurlandırdın‚ Allah-Təala səni dünya və Axirətdə nura boyasın!»221
7.3 Məscİdİn təmİzlİyİ
Həzrət Məhəmməd (s) buyurmuşdur:
(Merac gecəsi Behiştin qapılarında gördüyü yazıları bəyan edərkən) «Kim yer altındakı həşaratlara yem olmaq istəmirsə‚ məscidləri təmiz saxlasın.»222
(Əliyə (ə) müraciətlə) Ey Əli (ə)! Behişt hurilərinin mehriyyəsini ödə. Yol üzərindəki (həmçinin məscidin yolu üzərindəki) maneələri aradan qaldırmaq və məscidin toz-torpağını təmizləmək Behişt hurilərinin mehriyyəsidir.223
Məscidlər inşa edin və onun toz-torpağını təmizləyin... Bu, Behişt hurilərinin mehriyyəsidir.
İmam Əli (ə): «Allahın Rəsulu (s) məscidlərin tikilməsinə‚ səliqə-sahmanlı‚ xoş ətirli və təmiz saxlanmasını əmr edərək‚ onun hər bir qapısının kənarında dəstəmazxana tikilməsinə göstəriş verdi.»224
Həzrət Məhəmməd (s) buyurmuşdur:
Hər cümə axşamı və cümə günü məscidi təmizləyən və insanların gözünə dolan toz-torpağı silib-süpürən şəxsin günahları Allah-Təala tərəfindən bağışlanar.225
Kim məscidi təmizləyərsə‚ Allah-Təala ona bir qulu azad etməyin savabını yazar. Hər kim insanın gözünə düşüb‚ onu incidə bilən kicik bir çöpü məsciddən təmizləyərsə‚ Allah-Təala ona öz mərhəmətini ikiqat bəxş edər.226
Allah-Təala insanlara əziyyət verə bilən hər hansı bir şeyi məsciddən kənara atan şəxsə Behiştdə ev bağışlayar.227
Məscidin toz-torpağını təmizləyənlər‚ sanki Behiştdə yasəmən gülü əkirlər.228
Ümmətimin yaxşı əməllərinə veriləcək savablar‚ hətta məscidin toz-torpağını təmizləyən şəxsin savabı da‚ mənə bəyan olunubdur.229
Məscidin təmizlik işləri ilə məşğul olan qaradərili kişi (ya da qadın) dünyadan getdi. Peyğəmbər (s) (bir neçə gün onlara görmədiyi üçün) harada olduqlarını soruşdu. Dedilər: «Onlar vəfat edib». Həzrət buyurdu (s): «Nə üçün bu haqda mənə xəbər vermədiniz? Onun qəbrini mənə göstərin.»
Sonra xidmətçinin qəbri üzərinə gedib‚ orada namaz qıldı.230
İmam Sadiq (ə): «Behişt və hurilər məscidi süpürən və onun toz-torpağını təmizləyən şəxsin həsrətindədir.»231