BiRİNCİ HİSSƏ


Şəxsiyyətin elementlərinin inteqrasiyası



Yüklə 454,05 Kb.
səhifə10/51
tarix02.02.2022
ölçüsü454,05 Kb.
#114150
1   ...   6   7   8   9   10   11   12   13   ...   51
3.3. Şəxsiyyətin elementlərinin inteqrasiyası

Şəxsiyyətin yuxarıda ayrı-ayrılıqda, bir-birindən təcrid olunmuş halda göstərilmiş biogen, psixogen və sosiogen elementləri bir-birinə qarşılıqlı surətdə uyğunlaşmış, birləşdirilmişdir və strukturla fəaliyyətin tam birliyinə çevrilmişdir. Hərəkət, fəaliyyət aktına şəxsiyyətin birgə fəaliyyət göstərən bütün uç biogen psixogen və sosiogen "səviyyəsi" cəlb olunur.

Lakin şəxsiyyətin bu cür daxili inteqrasiyası heç də o demək deyildir ki, onun ayrı-ayrı elementləri arasında ziddiyyət və ya münaqişə ola bilməz. Onlar bir-biri ilə heç də saatdakı dişli çarx kimi birləşmir. Şəxsiyyətin inteqrasiyası hər şeydən əvvəl, onun tərkib elementləri arasında münaqişənin olmamağı deməkdir.

Normal şəxsiyyət dedikdə, adətən, biz bunları nəzərdə tuturuq:



  1. statistik mənada şəxsiyyət;

  2. adaptasiya olunmuş, uyğunlaşmış və özünü müəyyən edilmiş sosial meyarlar çərçivəsində aparan şəxsiyyət;

  3. bütöv şəxsiyyət, yəni bütün tərkib elementlərinin bir-biri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərdiyi şəxsiyyət.

Aydındır ki, burada tibbi baxımdan normal şəxsiyyət haqqında söhbət getmir, hərçənd yuxarıda verilən təriflər arasında tibbi tərif özünə yer tapa bilər.

Hansı şəraitdə şəxsiyyət dezinteqrasiyaya (parçalanmağa) məruz qala bilər? Bu biogen psixogen və sosiogen elementlər arasında ziddiyyətin nəticəsində (məsələn, şəxsiyyətin mədəni idealı qüvvətli bioloji impulslara qarşı repressiyalar tələb etdikdə) baş verə bilər. Bu sinir sisteminin, sekretorlar sisteminin və ya orqanizmin digər əsas funksiyalarının pozulması nəticəsində baş verə bilər.

Lakin burada bizi hər şeydən əvvəl şəxsiyyətin dezinteqrasiyasının sosial səbəbləri maraqlandırır. Onlara aşağıdakılar aiddir:


  • fərdə ziddiyyətli dəyərlər sistemini və ziddiyyətli davranış modellərini qəbul etdirən bir neçə ictimai qrupda iştirak etmək;

  • dəqiq müəyyən edilmiş sosial rolların, ictimai nəzarət sisteminin və dəqiq, qəti qiymətləndirmə meyarlarının olmadığı nizamsız qruplarda iştirak etmək;

  • biogen və psixogen elementlərlə sosial rolların tələbləri arasında ziddiyyət (məsələn, cəsarətsiz və ürəksiz adam öz üzərinə böyük məsuliyyət, təşəbbüskarlıq və böyük qətiyyət tələb edən rol götürdükdə. Bu zaman rola uyğunlaşmanın qeyri-mümkünlüyü şəxsiyyətin bütövlükdə parçalanması ilə nəticələnir);

  • nəhayət, buraya şəxsiyyətin psixiki elementlərinin həm sosial, həm də bioloji zəmində baş verə bilən parçalanmasını da aid etmək lazımdır.

Müəyyən şəxsiyyətin ümumiyyətlə və hansı dərəcədə tamamilə normal və bütöv, tam olduğunu müəyyən etmək çətindir. Psixiatriya məsələlərinə toxunmayaraq qeyd etmək lazımdır ki, bu normal şəxsiyyətlər arasında qarşılıqlı təsir prosesi gedişində fərdlər arasında sosial əlaqənin yarandığı əsas prosesdir.

SOSİAL ƏLAQƏ

İctimai həyatda insanlar arasında müxtəlif kontaktlar (təmaslar), münasibətlər, asılılıqlar yaranır və insanları sabit ittifaqlarda birləşdirən dəstələr meydana çıxır. Bütün bunların məcmusu sosial əlaqə adlanır. Burada biz bütün az-çox inkişaf etmiş cəmiyyətlərdə özünü göstərən həmin əlaqənin hansı elementlərdən əmələ gəldiyini göstərməyə çalışacağıq. Biz burada əlaqənin "preparat" halına salınmış şəkildə təsvirini təqdim edərək, onun real həyatda həmişə vahid bir sistem kimi çıxış etməsinin ayrı-ayrı elementlərini göstərəcəyik.



Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin