BiRİNCİ HİSSƏ



Yüklə 454,05 Kb.
səhifə15/51
tarix02.02.2022
ölçüsü454,05 Kb.
#114150
1   ...   11   12   13   14   15   16   17   18   ...   51
5.2. Sosial nəzarət

Təsisatları nəzərdən keçirərkən qeyd etmişdik ki, onlar sosial nəzarət sisteminin tərkib hissəsidir. Bu, necə nəzarətdir və o, sosial əlaqə ilə hansı müiasibətdədir? "Sadəlövh" suallardan başlayaq. Hansı səbəbdən tanışlar görüşərkən bir-birinə baş əyir və gülümsəyirlər? Nəyə görə yeni ildə tanışlarımıza arzu və istəklərimizi yazırıq? Adamlar nə üçün öz uşaqlarını məktəbə göndərirlər? Niyə şəhərlərdə küçədə ayaqyalın gəzmirlər? və s. Bir sözlə, niyə insanlar günbəgün, bunlardan bir çoxu nəsilbənəsil öz funksiyalarını nəyə görə eyni şəkildə yerinə yetirirlər? Bir qədər fikirləşsək, biz ictimai həyatın bu "yeknəsəqliyinin" həmin həyatın fasiləsizliyi və rəvan hərəkətinin mühüm şərti olduğunu aydınlaşdıra bilərik. Çünki o, adamların bizim hərəkətlərimizə verəcəkləri reaksiyanı qabaqcadan düzgün görməyə imkan verir və beləliklə də insanların qarşılıqlı əlaqələri ahəngləşdirilir, tarazlaşdırılır, qarşılıqlı surətdə bir-birinə uyğunlaşdırılır və qrupun hər bir üzvü nə gözləyə biləcəyini bilir. Yolda maşınla gedərkən mən bilirəm ki, əks tərəfdən gələn avtomaşınlar mənim üstümə gəlməyəcəkdir, əgər kimsə mənim yolumu kəsərsə, mən onun cəzalandırılmasını tələb edəcəyəm. Eləcə də mağazaya, müəssisəyə, məktəbə daxil olarkən, mən özümü necə aparmaq lazım olduğunu, habelə mənim davranışıma necə reaksiya veriləcəyini bilirəm. Bütün bunları sxematik şəkildə göstərmək olar: qrupun hər bir üzvü müxtəlif şəraitdə başqaları tərəfindən başa düşülmək üçün özünü necə aparmaq lazım olduğunu dərk edir, başqa üzvlərin ondan nə gözlədiklərini, habelə öz davranışına qarşı hansı reaksiyaları gözləyə biləcəyini anlayır. İctimai həyatın "təşkil olunmuş" gedişi ona əsaslanır ki, qrup üzvləri davranışının qarşılıqlı surətdə qabaqcadan görülməsi və gözlənilməsi həqiqətən də baş verir. Lakin əgər belə davranış olmursa, əgər hərəkətə qarşı olan reaksiya bu qrupda yol verilən reaksiyalar çərçivəsinə sığışmırsa, onlara qrup sanksiyalar tətbiq olunur.

Deməli, hər bir sosial qrup bir sıra inandırma, göstəriş və qadağan üsulları, məcburiyyət və fiziki zorakılığa qədər təzyiq sistemləri tanımaq, hörmət etmək, irəli çəkmək, mükafatlandırmaq üsulları sistemi işləyib hazırlayır. Bunun hesabına fərdlərin və yarımqrupların davranışı qəbul olunmuş hərəkət etalonları və dəyər meyarları ilə uyğunlaşdırılır, bir sözlə, bunun köməyi ilə üzvlərin konformizmi yaradılır. Bu sistem sosial nəzarət sistemi adlanır.

Heç də bir hərəkətə cəmiyyət tərəfindən eyni dərəcədə nəzarət etmək mümkün olmur. Hər bir sosial qrupda adamın malik olduğu şəxsi dairəsi qrupun daxili birliyindən, qrup təsisatlarının xarakterindən və fərdin mövcud qrupda tutduğu mövqedən asılı olaraq geniş və ya məhdud ola bilər. Məsələn, qrup üçün çox mühüm vəzifə tutan fərd daha məhdud şəxsi mühitə, yəni nəzarət olunmayan hərəkətlər dairəsinə malikdir, çünki onun əməlləri bütövlükdə qrup üçün əhəmiyyətlidir. Bundan başqa elə əməllər var ki, onlar bütövlükdə bütün qrupa aiddir və onlar ancaq fərdlərə aid əməllərə nisbətəN daha güclü nəzarətə məruz qalır. Məsələn, kiminsə öz evində əşyaları stolun üstünə necə düzməsi qrupu az maraqlandırır: bu məsələdə ən çoxu tanışlar və ya iş yoldaşları ağız büzürlər ki, onun evində qalmaqaldır və ya hörmətlə deyərlər ki, onun evi necə səliqəlidir. Şəxsi gigiyenaya isə güclü şəkildə nəzarət olunur və səliqəsiz adam məzəmmətlə, pis münasibətlə rastlaşır. Qrup kimin necə geyinməsi ilə daha güclü şəkildə maraqlanır, məsələn, heç bir tələbə dərsə ayaqyalın gəlməyə cürət etməz. Hərçənd bu, cinayət deyil, lakin mədəniyyətsizlik, əxlaq normalarının pozulmasıdır. Əgər adamlar ailə qurur, boşanırlarsa, əgər insan ailəsini atırsa, onda bunlar qanunlar, din və əxlaq qaydaları ilə dəqiq şəkildə nizamlanır. Oğurluq cəza ilə, qətl isə ən yüksək cəza ilə rastlaşır. Qısaca deyilərsə, hərəkətin bütövlükdə qrupa nə qədər çox aidiyyəti varsa, bu hərəkət onun birgə yaşayışına nə qədər çox təhlükə yaradırsa və ya hər hansı əməl bu birgə həyatın gedişi üçün nə qədər çox vacibdirsə, qrup tərəfindən nəzarət bir o qədər güclü olur.

Bu nəzarət sisteminin fəaliyyəti bir neçə prinsipə əsaslanır:


  • qrupda onun mədəniyyəti və onun dəyər meyarlarının hamı tərəfindən qəbul olunması prinsipi. Məlum olduğu kimi, davranış onun əsasına çevrilən bioloji impulslardan doğur. Lakin bu impulslar müxtəlif üsullarla ödənilə bilər və onların təmin olunma vasitələrinin seçilməsi mədəniyyətin qəbul etdirdiyi dəyərlər sistemindən asılıdır. Eyni cür dəyərlərin etirafı və qəbul olunması mövcud qrup üzvlərinin davranışının oxşarlığı və ya eyniliyini doğurur;

  • tərbiyə yolu ilə davranış, hərəkət və hərəkətə qabaqcadan müəyyənləşdirilmiş şəkildə, yəni qrupun qəbul etdiyi üsulla reaksiya vermək etalonlarının tətbiqi prinsipsilə, məktəb, qonşular, dövlət, din daha geniş ictimai mühitin təsiri ictimai həyata daxil olan gənclərə nəzakətli davranışı, əxlaqın əsaslarını, ənənələri öyrədir. Bu biliklər bioloji impulslar və mədəni dəyərlər sistemindən sonra konformist davranışı müəyyənləşdirən ikinci "çərçivəyə" çevrilir;

  • insanın tanınmağa və özünün təhlükəsizliyini daxili mexanizmlərində duymağa yönəlmiş, səylərini şərtləndirən fərdi xüsusiyyətlərinin daxili mexanizmlərində tanınma, qəbul edilmə şəxsiyyətin daxili tarazlığının qorunub saxlanılması üçün zəruridir. Uzun müddət ərzində sistematik olaraq tanınmaq, qəbul edilmək imkanından məhrum olan adam tərəddüdlərə meyllidir və onun şəxsiyyəti dezinteqrasiyaya, parçalanmağa məruz qalır. Daimi qorxu və təhlükə hissi şəxsiyyəti dezinteqrasiya edir və onu dağıdır. Konformist davranış həm tanınmağı, həm də təhlükəsizliyi təmin edir;

  • daxilində fərdin hərəkət edə bildiyi və fərdlərin davranışına fəal surətdə müdaxilə etmək imkanı verən maneələr sistemi yaradan formal və qeyri-formal təsisatlar sistemi prinsipi.

Sosial nəzarət sistemi yuxarıda göstərilən prinsiplərə əsaslanır. Bəs bu sistemin elementləri nədən ibarətdir? Bu elementlər adətlər, vərdişlər və sanksiyalar sistemindən ibarətdir.

Vərdiş — müəyyən vəziyyətlərdə qəbul olunmuş, qrupun neqativ (mənfi) reaksiyasını doğurmayan davranış üsuludur. Hər bir fərd öz vərdişlərinə (məsələn, tezdən durmaq, gimnastika ilə məşğul olmaq, kafeyə getmək, xüsusi biçimli baş örtüyü və ya paltar geymək, danışıqda, təmasda öz vərdişlərinə malik olmaq və s.) malik ola bilər. Bütün qrup və ya yarımqrupun qəbul etdiyi vərdişlər də ola bilər. Vərdişlər təcrübə qazanmaq nəticəsində meydana çıxır, ənənələrlə müəyyənləşir, hörmət olunan və ya, dözülə bilən hərəkətlərə çevrilirlər. Bəzi vərdişlər qədim mərasim və ya bayramların qədim peşə funksiyalarının və s. qalıqları ola bilər. Vərdişin pozulması, adətən, neqativ sanksiyalarla qarşılaşmır, hərçənd ki, qrupda qəbul olunmuş vərdişlərə müvafiq davranış tanınır, təqdir olunur.

Adət - davranışın elə təsbit edilmiş növüdür ki, qrupun müəyyən əxlaqi qiymətləri onunla bağlıdır və onun pozulması neqativ sanksiyalar doğurur. Adət dəyərlərin tanınmasında müəyyən məcburiyyət və vəziyyətin müəyyənləşdirilməsinin məcburiliyini nəzərdə tutur. Adət zəif adamlara yer verməyi və kömək etməyi, yaşlılara hörmət göstərməyi, qrupda yüksək vəzifə tutan şəxslərlə etiketə uyğun davranmağı və s. tələb edir. Deməli, adətlər, qrupun qəbul etdiyi dəyərlər sistemi ilə, sonra isə bu dəyərlərin mövcud ola bildiyi vəziyyətlərin müəyyən edilmiş tərifi ilə və onlara uyğun davranış etalonları ilə bağlıdır. Bu dəyərlər qrupu üçün müəyyən əhəmiyyət kəsb edir və ona görə də adətlərə hörmətsizlik qrupun daxili birliyini zəiflədir. Beləliklə, qrup tərəfindən edilən məcburiyyət ayrı-ayrı üzvləri müəyyən vəziyyətlərdə bu dəyərlərə müvafiq davranış etalonlarını gözləməyə vadar edir.


Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin