Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu



Yüklə 22,06 Kb.
tarix01.06.2018
ölçüsü22,06 Kb.
#52366

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunew unfpa logo - master copy

BMT-nin Əhali Fondu (UNFPA): hər bir hamiləliyin arzu edilən olduğu, hər bir doğuşun təhlükəsiz keçdiyi və hər bir gəncin potensialının reallaşdığı dünyaya doğru.

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən keçirilən “Gənclərin Səsi” adlı kampaniyanın əsas məqsədi 2015-ci ildən sonrakı inkişaf gündəminə dair aparılan müzakirələrdə gənclərin öz prioritetlərinə ilə bağlı səslərini qaldırmaq üçün səfərbər olunmasını təmin etməkdən ibarətdir.


Azərbaycanda gənclərin milli təşviqat kampaniyası BMT-nin Əhali Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, və Y-PEER Azərbaycan tərəfindən həyata keçiriləcək.
Sözü gedən Kampaniyaya töhfə vermək məqsədi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi gənclərin hazırda üzləşdiyi əsas problemlər mövzusunda gənclər arasında yazı müsabiqəsini elan edir.


Göstəriləcək xidmətin adı 

Gənclərin hazırda üzləşdiyi əsas problemlər mövzusunda gənclər arasında yazı müsabiqəsi

Texniki Mükəlləfiyyətlər

Strateji məqsəd: Azərbaycan ictimaiyyətinin əsas əhali məsələləri haqqında məlumatlarını artırmaq və əhalini bu sahədə daha da fəallaşdırmaq.
Nəzərdə tutulan işlər:
Müsabiqədə kim iştirak edə bilər?
15 – 24 yaşında olan gənclər

Əsas təlimatlar





  • Yeniyetmə dövründən yetkinliyə təhlükəsiz, uğurlu və sağlam keçid hər bir uşağın hüququdur. Bu hüquq yalnız ailələr və cəmiyyətlərin sağlam və produktiv həyat üçün zəruri olan bilik, bacarıq və müvafiq dəyərlərin gənclər arasında tədricən inkişaf etdirilməsi nəticəsində reallaşa bilər.

  • Yeniyetmə və gənclər gələcəyə istiqamətlənmiş inkişaf proqramlarında əsas yer tuturlar. Onların hüquqlarının müdafiəsi, eyni zamanda, keyfiyyətli təhsil, müvafiq iş şəraiti, qazanc əldə etmək bacarıqları, o cümlədən gender və güc münasibətlərinə dair məlumatı özündə əks etdirən və müyəssər cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışı təmin edən təlim vasitəsilə gənclərin gələcəyinə edilən yatırımlar, həm onların özlərinin, həm də ailələrinin, icmaların və ölkələrinin inkişafı üçün çox vacibdir.

  • Bir çox gənc qız ibtidai sinfləri bitirsə də, dəyişən iqtisadi mühitdə tələb olunan bilik və bacarıqların mühüm mənbəyi olan orta və ali təhsili almaqda çətinliklərlə üzləşirlər.

  • Yeniyetmələrin böyük əksəriyyəti cinsi və reproduktiv həyata qədəm qoyurlar. Bununla belə, yeniyetmə yaşında olan hamiləliklərin, təhlükəli abortların, ana ölümünün, cinsi yolla keçən infeksiyalar və HİV virusuna yoluxma hallarının qarşısının alınmasında irəliləyiş o qədər də ürəkaçan deyil. Eyni zamanda, gənclər üçün hərtərəfli cinsi təhsil və xidmətlərin olması, müyəssərliyi (əlçatan olması) və keyfiyyətində gözəçarpan boşluqlar mövcuddur.

  • Qızlar yeniyetmə və yetkinlik mərhələsinə daxil olduqda, onların cinsi və reproduktiv sağlamlıq xidmətlərinə olan ehtiyacı kəskin şəkildə artır. Cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışın məhdud olması qızların sağlamlığı və həyat imkanlarına uzun müddətli mənfi təsir göstərir.

  • Gənclər hələ də bir çox hallarda, həyatlarına birbaşa təsir edən qərarların qəbul edilməsi prosesindən kənarda qalır. Dünya ölkələrinin təxminən 76%-də yeniyetmə və gənclərin onlara təsir göstərən qərarların qəbul edilməsində iştirakına aid konkret prosedur və mexanizmlər mövcud deyil.


Şərtlər:


  • Məqalələr yuxarıda təsvir olunmuş əsas mövzulara əsaslanaraq Azərbaycanda mövcud durum haqqında olmalıdır;

  • Hər müsabiqə iştirakçısı sözügedən mövzulardan yalnız birini seçə bilər və müvafiq olaraq Seçki Komitəsinə yalnız bir məqalə göndərə bilər;

  • Məqalələr Azərbaycan yaxud Ingilis dilində olmalıdır;

  • Məqalələr iştirakçıların öz yazısı olmalıdır və onların öz fikirlərini əks etdirməlidir. Seçim Komitəsi plagiat aşkar etdikdə, həmin məqalə müsabiqə iştirak hüququndan məhrum ediləcək;

  • Məqalələr maksimum üç səhifədən ibarət olmalıdır (şrift - Times New Roman, ölçü - 12)

  • Hər məqalə aşağıdakı formatda yazılmalıdır:

    • Məqalənin başlığı

    • Müəllifin adı

    • Məktəb/Universitetin adı

    • Əlaqə/telefon nömrəsi

    • Məqalənin mətni (giriş hissəsi, əsas arqumentlər, nəticə)

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:



  • Məqalə

  • Müəllifin şəxsiyyət vəsiqəsinin sürəti

  • Müəllifin qısa tərcümeyi-halı

Tələb olunan sənədlər Nərminə Məlikovaya aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:

melikova@unfpa.org
Müddət:
Yazı müsabiqəsi 19-26 dekabr 2014-cü il tarixlərinə elan olunur. Yazının təqdim olunması üçün son müddət 26 dekabr 2014-cü il tarixidir. Göstərilən müddətə uyğun olmayan ərizələr müsabiqədə iştirak üçün buraxılmayacaq.
Qaliblər müsabiqə məqsədilə yaradılmış Seçim Komitəsi tərəfindən BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyində seçiləcəkdir. 1-ci, 2-ci və 3-cü yer qaliblərinə dəyərli hədiyyələr veriləcəkdir.


Ofis/layihə

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (BMT ƏF)

Təkliflərin təqdim edilməsi üçün son tarix

26 dekabr 2014-cü il

Əlaqə saxlamaq üçün şəxs

Nərminə Məlikova

Telefon/Faks

Telefon nömrəsi: (+994 12) 492 24 70

Faks: (+994 12) 492 23 79






3, UN 50th Anniversary str., Baku, Azerbaijan, AZ 1001

Telephone: (994-12) 498 98 88 Fax: (994-12) 492 24 91

E-mail: office@un-az.org www.un-az.org/unfpa

Yüklə 22,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin