A. Milli səviyyədə icra. Layihə milli səviyyədə həm İcraçı Tərəfdaş, həm də layihənin Benefisiarı (faydalanan tərəf) qismində çıxış edəcək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən icra olunacaq, həyata keçiriləcəkdir. BMTİP-nin Ölkə üzrə Nümayəndəliyi icra prosesinə dəstək göstərəcəkdir. Icraçi Tərəfdaş kimi AQUPDK ümumilikdə layihənin idarə olunmasına görə cavabdehlik daşıyacaqdır. Bununla yanaşı, AQUPDK layihə çərçivəsində həyata keçirilən bütün tədbirlərə kömək edəcəkdir.
BMTİP, özünün tədarük və insan resurslarının idarə edilməsi və NƏİ (nəticələrə əsaslanan idarəetmə) təlimatları üzrə müvafiq Qaydalarına və Prosedurlarına uyğun olaraq, tədarük və podrat xidmətləri daxil olmaqla, dəstək verəcək və xidmət göstərəcəkdir.