Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



Yüklə 256 Kb.
səhifə29/29
tarix05.01.2022
ölçüsü256 Kb.
#111295
1   ...   21   22   23   24   25   26   27   28   29

HÜQUQİ ƏSAS


Layihə sənədi, Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında 6 fevral 2001-ci ildə imzalanmış Standart Əsas Yardım Sazişinin 1-ci bəndində qeyd olunan istinad vasitəsi kimi qəbul olunur.

Standart Əsas Yardım Sazişinin III maddəsinə əsasən, icraçı agentliyin və onun heyətinin və əmlakının və BMTİP-nin icraçı agentliyin nəzarətində olan əmlakının təhlükəsizliyinə görə məsuliyyət icraçı agentliyin üzərinə düşür.

İcraçı qurum aşağıda qeyd olunan vəzifələri yerinə yetirməlidir:


  1. Layihənin davam etdiyi müddət ərzində ölkədə təhlükəsizliklə bağlı vəziyyəti nəzərə almaqla, müvafiq təhlükəsizlik planının işlənib hazırlanması və onun bəndlərinə riayət olunması;

  2. İcraçı agentliyin təhlükəsizliyi ilə bağlı bütün riskləri və öhdəlikləri öz üzərinə götürməsi və təhlükəsizlik planın tam şəkildə icrası.

BMTİP yuxarıda qeyd edilən planın olub-olmamasını yoxlamaq və zəruri hallarda plana düzəlişlərin edilməsi ilə bağlı təkliflər vermək hüququna malikdir. Təhlükəsizlik planına riayət edilməməsi və ya onun həyata keçirilməməsi imzalanmış sazişin pozulması hesab oluna bilər.

İcraçı agentlik, Layihə Sənədinə əsasən, BMTİP-dən alınan maliyyə vəsaitlərindən terrorizmlə bağlı olan fərdlərin və qurumların dəstəklənməsi üçün istifadə olunmadığını, habelə BMTİP-dən maliyyə dəstəyi alanların heç birinin Təhlükəsizlik Şurası Komitəsi tərəfindən 1999-cu il tarixli 1267#-li qətnamə ilə təsis olunan siyahıda olmadığını təmin etmək üçün bütün mümkün səylərin göstərilməsini öhdəsinə götürür. Yuxarıda qeyd olunan siyahıya çıxışı http://www.un.org/Docs/sc/committees/1267/1267ListEng.htm vasitəsilə əldə etmək mümkündür. Bu müddəa, bu Layihə Sənədi əsasında qəbul edilən bütün yardımçı müqavilələrə və ya yardımçı sazişlərə də daxil edilməlidir.





1 BMSB-nin Demoqrafik İllik Nəşrləri üzrə Məlumat Bazası, sentyabr 2007-ci il (rəsmi milli hesablamalar), 2004-cü il, http://data.un.org/Data.aspx?q=Azerbaijan+rural+male&d=GenderStat&f=inID%3a2%3bcrID%3a88

2 Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə Komitənin yekun müşahidələri, 44-cü iclas, 20 iyul-7 avqust 2009-cu il

3 Eyni mənbə.

4 “Pozitiv ayrı-seçkilik” istisna olmaqla.

5 BMTİP-nin Müqayisəvi Üstünlüyü. İlkin mandat / diqqəti kənd qadınları ilə bağlı problemə yönəltmək, http://www.un.org/womenwatch/feature/ruralwomen/undp-comparative-advantage.html

Yüklə 256 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin