VI. MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ
_____________________________________________________________
BMTİP-nin İstifadəçi üçün Qaydalarında qeyd edilən proqramın siyasət və prosedurlarına uyğun olaraq, layihəyə aşağıdakı qaydada nəzarət ediləcəkdir:
Ən azı ildə bir dəfə aparılan keyfiyyət dəyərləndirməsi, aşağıda Keyfiyyətə Nəzarət cədvəlində qeyd edilmiş keyfiyyət meyarları və metodları əsasında, əsas nəticələrə doğru irəliləyişi qeydə alacaqdır.
Mümkün problemlər və dəyişiklik etmə tələblərinin izlənməsi və onların həllini asanlaşdırmaq üçün Problemlərin Siyahısı Atlas-da aktivləşdirilməli və Layihə Meneceri tərəfindən yenilənməlidir.
Risklərin Siyahısı Atlas-da aktivləşdirilməli və layihənin icrasına təsir göstərən kənar amillər yoxlanaraq mütəmadi qaydada yenilənməlidir.
Monitorinq Planı Atlas-da aktivləşdirilməli və əsas idarəetmə tədbirlərini izləmək üçün yenilənməlidir.
Dostları ilə paylaş: |