Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



Yüklə 100,06 Kb.
səhifə10/16
tarix10.01.2022
ölçüsü100,06 Kb.
#108042
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Layihənin Təminatı: BMTİP tərəfindən Layihə çərçivəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi və hədəflərə nail olunması məqsədilə Layihənin gedişatına ümumi nəzarət və monitorinq funksiyalarını yerinə yetirməsi üçün proqram üzrə müşavir təyin edilir. BMTİP-in proqram müşaviri layihənin mövcud risklər və əldə edilmiş təcrübəyə dair tərtib etdiyi müddəalarını nəzərdən keçirilməsinə və onların Layihənin monitorinq və kommunikasiya planına uyğunluğunun təmin edilməsinə görə məsuliyyət daşıyır.




  1. Layinənin dəstəklənməsi: BMTİP öz tərəfindən Layihənin icrasına maliyyə və inzibati, o cümlədən təchizat, müqavilələrin bağlanması, səfərlərin təşkili və ödənişlərin həyata keçirilməsi üzrə dəstək göstərəcəkdir.




  1. Mütəxəssis dəstəyi: Layihə çərçivəsində işlərin böyük hissəsinin icrası yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Layihə çərçivəsində görülmüş işləri, habelə əldə olunmuş nailiyyətlərin müstəqil şəkildə qiymətləndirilməsini təmin etmək üçün əlavə mütəxəssislər cəlb oluna bilər.


  1. Layihə meneceri: Layihə Meneceri layihə fəaliyyətlərinin gündəlik idarə olunması və maliyyə və inzibati hesabatların hazırlanmasına dair məsuliyyət daşıyır. O, layihənin icrasına görə məsul şəxs olmaqla yanaşı rüblük və illik iş planlarına uyğun fəaliyyət göstərir. Nəticələrə Əsaslanan İdarəetmə (RBM) standartlarına riayət edir. Layihə Menecerinin başlıca vəzifəsi tələb olunan keyfiyyət standartlarına uyğun olaraq, zaman və vəsait məhdudiyyətini nəzərə almaqla, Layihə sənədində qeyd olunan zəruri fəaliyyətlərinin icrası vasitəsilə gözlənilən nəticələrə nail olunmasını təmin etməkdir.




  1. Layihəyə Kömək: Layihəyə Kömək rolu Layihənin və ya Layihə Menecerinin ehtiyaclarından asılı olaraq Layihənin inzibatçılığına, idarə olunmasına və Layihə Menecerinə köməyin göstərilməsindən ibarətdir.




  1. Audit: Azərbaycan Hökuməti ilə köməkçi xidmətlərin göstərilməsi haqqında Razılaşma Məktubuna əsasən (15/02/2010) Layihə lazım gəldikdə audit yoxlamasından keçəcəkdir.




Yüklə 100,06 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin