Layihənin ilkin mərhələsində aşağıdakı sahələrin Monitorinq və Qiymətləndirilməsi aparılacaqdır:
BMTİP-in müvafiq əməkdaşları ilə məsləhətləşmə apararaq LM/əlaqələndirici tərəfindən işləniləcək nəticələr və vəsaitlər çərçivələri əsasında müəyyən edilmiş göstəricilər və məqsədlərlə birlikdə monitorinq planının hazırlanması;
LM və proqram üzrə müvafiq məsul şəxs tərəfindən yaradılacaq layihəyə dair risklər, məsələlər və keyfiyyətlə bağlı qeydiyyatın aparılması;
Layihənin İdarə Heyəti tərəfindən aparılacaq illik layihə planlaşdırılması (təfərrüatlı tədbirlər və büdcə ilə birlikdə) və hesabatların təqdim olunması;
Layihənin İdarə Heyəti tərəfindən aparılan illik layihə hesabatlarının təqdim olunması və monitorinqin keçirilməsi (layihəyə dair risklər və məsələlərin monitorinqi və treninqdən çıxarılmış nəticələr üzrə hesabatların işlənilməsi də daxil olmaqla);
Bütün hesabatlar Layihənin İdarə Heyəti tərəfindən təsdiq edilir və BMTİP-in maliyyə qayda və prosedurlarına əsasən mütəmadi olaraq BMTİP-ə təqdim olunur. MQ sistemi aşağıdakı sənədlər üçün nəzərdə tutulan standartlaşdırılmış formatlardan (BMTİP-in prosedurları və formatları ilə uzlaşdırılaraq) ibarətdir:
illik irəliləyiş hesabatı, maliyyə hesabatı daxil olmaqla
Rüblük İrəliləyiş Hesabatı (RİH) (hər üç aydan bir əsas komponentlər üzrə hazırlanmalı)
sadələşdirilmiş Biomüxtəliflik üzrə Fəaliyyətin Gücləndirilməsi Tədbirlərinin İllik Layihə İcmalı/ Layihənin Həyata Keçirilməsi üzrə Hesabat (İLİ/LHKH)
İdarə Heyəti-in aylıq iş planı və irəliləyiş hesabatı
Cəlb olunan ekspertlərin vəzifə hesabatı
Yekun hesabat (nəticə çıxarılmış dərslər daxil olmaqla)