Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



Yüklə 100,06 Kb.
səhifə2/16
tarix10.01.2022
ölçüsü100,06 Kb.
#108042
1   2   3   4   5   6   7   8   9   ...   16
Layihənin icraçı orqanı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Qısa xülasə

Bu layihə QEF çərçivəsində Biomüxtəliflik üzrə fəaliyyətin gücləndirilməsi tədbirlərinin (BM FGT) ikinci dövrünü əhatə edir. Azərbaycan 08/03/2000-ci il tarixindən BMT-ninBioloji Müxtəliflik haqqında Konvensiyanın (BMK) üzvüdür. Layihə BMK üzrə öhdəliklərin, xüsusən də Konvensiyanın 6-cı maddəsinin və BMK TK-nın X/2 Qərarının yerinə yetirilməsinin davam etdirilməsinə dair ölkənin ehtiyacı ilə bağlı məsələlərin həllinə yönəldilmişdir. Eyni zamanda 2010-cu il 18-29 oktyabr tarixlərində Yaponiyanın Naqoya şəhərində Aiçi Prefekturasında keçirilmiş Üzv ölkələrin 10-cu görüşündə, Biomüxtəliflik sahəsində yenilənmiş Strateji Plan. o, cümlədən 2011-2020-ci illərə aid Biomüxtəliflik üzrə Aiçi Hədəfləri qəbul edilmişdir (əlavə olunur). Bundan əlavə, layihə BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planının milli səviyyədə həyata keçirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylərə mühüm yardımdır. Layihə biomüxtəlifliyin planlaşdırılması və hesabatların təqdim olunması sahəsində Azərbaycanın hazırkı vəziyyəti və nailiyyətlərinə əsaslanır. Layihə yenilənmiş və aidiyyəti tərəfləri cəlb edən biomüxtəlifliyin planlaşdırılması və strategiyanın qurulması prosesi vasitəsilə Azərbaycanın BMK qarşısında olan öhdəliklərinin özünün milli inkişaf və sektorlararası planlaşdırmaya inteqrasiya etmək məqsədini daşıyır. Bu proses nəticəsində biomüxtəlifliyin qorunub saxlanması və davamlı istifadəsi üçün ölçülə biləcək məqsədlərin ortaya çıxması gözlənilir. Eyni zamanda, layihə ekosistemin təqdim etdiyi məhsul və xidmətlərin dəyərinin, həmçinin ekosistem əsaslı uyğunlaşma və özünü bərpa ilə bağlı meydana çıxan məsələlər və imkanların bu proses zamanı nəzərə alınmasını təmin edəcəkdir. Layihə çərçivəsində BM FGT-yə dair QEF tərəfindən təsdiq olunmuş üç komponentin yerinə yetirilməsi vasitəsilə nail olacaqdır. Bunlar aşağıdakılarıdır: (1) Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti tərəfləri cəlb etməklə inventarlaşdırma işi aparılır və milli biomüxtəliflik hədəfləri Aiçi Hədəflərinə uyğun olaraq işlənib hazırlanması; (2) BMSFP hazırlanması və bu planın həyata keçirilməsinin milli inkişaf çərçivələrinə daxil edilməsi, ekosistem xidmətlərinin dəyərləndirilməsi və ekosistem əsaslı uyğunlaşma və özünübərpa məsələlərinin irəli çəkilməsi kimi BMK-nın Strateji planının yeni aspektlərini özündə əks etdirməsi; və (3) – Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələr, BMK üzrə hesabatların verilməsi və mübadilə mexanizmləri gücləndirilməsi.


Proqramın müddəti: 2011-2015
Əsas nəticə alınacaq sahə (Strateji plan): Ətraf mühit və davamlı inkişaf: ətraf mühit və enerji məsələlərinin bütün sahələrə tətbiq edilməsi
Atlasın qrant identifikasiya nömrəsi: 00063580

Layihə identifikasiya nömrəsi: 00080589

Başlanğıc tarixi: 2013

Sona çatma tarixi: 2015



İdarəetmə strukturu: Milli İdarəetmə

Layihənin ümumi büdcəsi 243,000 ABŞ dolları

Yüklə 100,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin