Azərbaycanda aidiyyəti qurumların layihəinin həyata keçirilməsinə cəlb olunması prosesi fəaliyyət planının hazırlanması məqsədilə BMK üzrə milli əlaqələndirici, BMSFP-yə cavabdeh qurum olan ETSN tərəfindən başlanacaqdır.
BMSFP-nin yenidən işlənilməsi və milli hesabatların hazırlanması prosesini istiqamətləndirmək məqsədilə Layihənin İdarəetmə Heyəti, Məşvərət Şurası və ehtiyac olduqda yaradılan bir və ya bir neçə işçi qrupları birgə fəaliyyət göstərəcəklər. Layihəyə cəlb olunacaq maraqlı tərəflərin siyahısı aşağıdakı cədvəl 1-də verilmişdir.