Layihənin məqsədi BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planı ilə bağlı Azərbaycanın BMK qarşısındakı öhdəlikləri çərçivəsində milli planlaşdırma proseslərinə inteqrasiya etməsi.
Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti qurumları cəlb etməklə biomüxtəlfliyin inventarlaşdırılmasının aparılması və milli biomüxtəlflik hədəfləri Aiçi Hədəflərinə uyğun olaraq işlənib hazırlanması.
Komponent 2.
BMSFP işləninb hazırlanması və bu planın həyata keçirilməsinin milli inkişaf çərçivələrinə daxil edilməsi.
Komponent 3.
Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələrin, BMK üzrə hesabatların verilməsi, mübadilə mexanizmlərinin yaradılması və gücləndirilməsi.
Layihə çərçivəsində QEF-in komponentlərinə cavab verən üç nəticə gözlənilir:
Nəticə 1 – Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti tərəfləri cəlb etməklə inventarlaşdırılmanın aparılması və milli biomüxtəlflik hədəflərinin Aiçi Hədəflərinə uyğun hazırlanması.
Nəticə 2 – BMSFP Aiçi Hədəflərinə uyğun hazırlanması.
Nəticə 3 – Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələrin işlənilməsi, Konvensiya üzrə hesabatların verilməsi, mübadilə mexanizmlərinin yaradılması və gücləndirilməsi.
Komponent 4 Layihənin həyata keçirilməsini təmin edir.