Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



Yüklə 238,11 Kb.
səhifə2/6
tarix24.06.2018
ölçüsü238,11 Kb.
#54675
1   2   3   4   5   6

Vəziyyətin təhlili

Azərbaycan Respublikası zəngin bioloji müxtəlifliyə malikdir. Respublikada biomüxtəlifliyin qorunub saxlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, son on il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 3 dəfədən artıq genişləndirilmiş, 9 Milli Park, 4 yeni Dövlət Təbiət Qoruğu və 6 Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Hal-hazırda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektarı əhatə edir ki, bu da ölkə ərazisinn 10.3%-ni təşkil edir. Eyni zamanda Azərbaycan Respublikasının “Qırmızı Kitabi”na daxil olmuş ceyranların tarixi areallarına köçürülməsi, bəbir, muflon, bezuar keçi, vaşaq, çöl pişiyinin artım dinamikası öyrənilmiş, Azərbaycan Respublikasının “Qırmızı Kitabi”nın 2-ci nəşri hazırlanmışdır.


Layihə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiya (BMK) çərçivəsində götürülmüş öhdəliklərin, xüsusən də BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planının milli səviyyədə yerinə yetirilməsi, biomüxtəlifliyin planlaşdırılması və Konvensiyaya hesabatların təqdim olunması üçün hazırkı vəziyyət və nailiyyətlərinə əsaslanaraq həyata keçiriləcəkdir.
BMSFP-də nəzərdə tutulmuş tədbirlər istiqamətində məqsədyönlü işlər həyata keçirilmişdir. 2010-cu il 18-29 oktyabr tarixlərində Yaponiyanın Naqoya şəhərində Aiçi Prefekturasında keçirilmiş üzv ölkələrin 10-cu görüşündə, biomüxtəliflik sahəsində yenilənmiş Strateji Plan, o, cümlədən 2011-2020-ci illərə aid biomüxtəliflik üzrə Aiçi Hədəfləri qəbul edilmişdir. Həmin Aiçi Hədəflərinin yerinə yetirilməsi BMSFP-nin yenisinin hazırlənmasını zəruri etmişdir. 2010-cu ildə Naqoyada keçirilən Təşkilat Komitəsinin iclasında qəbul edilmiş BMK-nın yeni Strateji Planının 17-ci məqsədində bəyan edilmişdir ki, “2015-ci ildə hər bir Tərəf siyasi mexanizm baxımından səmərəli olan, aidiyyəti tərəflərin iştirakını təmin edən və yeni hazırlanmış BMSFP qəbul etməli və həyata keçirməyə başlamalıdır.” Strateji plan həmçinin BMSFP-yə daxil edilməli bir sıra məsələləri, o cümlədən ölkələrə təlimatı, əhatə edir: a) biomüxtəliflik və ekosistem xidmətlərinin dəyərini tam dərk edilməsi və bu dəyərləri inkişaf edilməsi və yoxsulluğun azaldılması strategiyalarına daxil edilməsi (Hədəflər 1 və 2); b) xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsini quruda 12%-dən 17%-dək və dənizdə 6%-dən 10%-dək artırılması (Hədəf 11); c) su, səhiyyə və yaşayış üçün əsas ekosistem xidmətlərini bərpa edilməsi və qorunması (Hədəf 14); və d) ekosistemin iqlim dəyişməsinə olan müqavimətini gücləndirilməsi və iqlim dəyişməsinə uyğunlaşma və onun təsirinin yumşaldılması üzrə ekosistem əsaslı yanaşmaları təbliğ edilməsi (Hədəf 15)

Strategiya

Azərbaycanda aidiyyəti qurumların layihəinin həyata keçirilməsinə cəlb olunması prosesi fəaliyyət planının hazırlanması məqsədilə BMK üzrə milli əlaqələndirici, BMSFP-yə cavabdeh qurum olan ETSN tərəfindən başlanacaqdır.


BMSFP-nin yenidən işlənilməsi və milli hesabatların hazırlanması prosesini istiqamətləndirmək məqsədilə Layihənin İdarəetmə Heyəti, Məşvərət Şurası və ehtiyac olduqda yaradılan bir və ya bir neçə işçi qrupları birgə fəaliyyət göstərəcəklər. Layihəyə cəlb olunacaq maraqlı tərəflərin siyahısı aşağıdakı cədvəl 1-də verilmişdir.
Cədvəl . Layihədə iştirak edəcək qurumlar

Sektor

nazirlik, komitə, idarə və təşkilatlar

Layihədə potensial rolu və iştirak üçün əsas

Biomüxtəlifliyin qorunub saxlanılması

ETSN

Layihənin icraçı orqanı və siyasətin və qanunvericiliyin inkışaf etdirilməsinə cavabdeh olan tərəf

Elm

MEA

Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

Davamlı kənd təsərrüfatı

KTN

Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

İqlim dəyişməsi

ETSN

Layihənin icraçı orqanı və siyasətin və qanunvericiliyin inkişaf etdirilməsinə cavabdeh olan tərəf

Turizm

MTN

Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

Qeyri-Hökumət Təşkilatı

QHT

Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

Enerji

SEN

Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

Balıqçılıq

ETSN

Layihənin icraçı orqanı və siyasətin və qanunvericiliyin inkişaf etdirilməsinə cavabdeh olan tərəf

Meşəçilik

ETSN

Layihənin icraçı orqanı və siyasətin və qanunvericiliyin inkışaf etdirilməsinə cavabdeh olan tərəf

Meşəçilik

DTXÇK

Məşvərət Şurasının üzvü, məlumat təqdim edən tərəf və məsləhətləşmə iclaslarının iştirakçısı

Qanunvericilik

ƏN

Qanunvericilik baxımından dəstək

Maarifləndirmə və təhsil

TN

Maarifləndirmə və təhsil sahəsində dəstək

İqtisadi Inkişaf

İİN

Məlumat təqdim edən tərəf


Layihənin məqsədi, komponentləri və nəticələri
Layihənin məqsədi BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planı ilə bağlı Azərbaycanın BMK qarşısındakı öhdəlikləri çərçivəsində milli planlaşdırma proseslərinə inteqrasiya etməsi.
Layihənin komponentləri


  • Komponent 1.

Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti qurumları cəlb etməklə biomüxtəlfliyin inventarlaşdırılmasının aparılması və milli biomüxtəlflik hədəfləri Aiçi Hədəflərinə uyğun olaraq işlənib hazırlanması.

  • Komponent 2.

BMSFP işləninb hazırlanması və bu planın həyata keçirilməsinin milli inkişaf çərçivələrinə daxil edilməsi.

  • Komponent 3.

Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələrin, BMK üzrə hesabatların verilməsi, mübadilə mexanizmlərinin yaradılması və gücləndirilməsi.

  • Komponent 4.

Layihənin idarə edilməsinin həyata keçirilməsi

Layihə çərçivəsində QEF-in komponentlərinə cavab verən üç nəticə gözlənilir:




  • Nəticə 1 – Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti tərəfləri cəlb etməklə inventarlaşdırılmanın aparılması və milli biomüxtəlflik hədəflərinin Aiçi Hədəflərinə uyğun hazırlanması.




  • Nəticə 2 – BMSFP Aiçi Hədəflərinə uyğun hazırlanması.




  • Nəticə 3 – Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələrin işlənilməsi, Konvensiya üzrə hesabatların verilməsi, mübadilə mexanizmlərinin yaradılması və gücləndirilməsi.

Komponent 4 Layihənin həyata keçirilməsini təmin edir.



LAYİHƏNİN RİSKLƏRİ

Cədvəl . Layihənin risklərinin qiymətləndirilməsi və azaldılmasına yönəldilmiş tədbirlər


Müəyyən edilmiş risklər

Riskin qiymətləndirilməsi

Azaldılması tədbirləri:

Mövcud tədbirlərin həyata keçirilməsində aidiyyatı təşkilatlarla razılaşdırmanın qeyri mümkünlüyü

Orta

Aidiyyəti təşkilatlar daha geniş tərkibi məsləhətləşmə mexanizmləri (seminarlar, məlumat barədə sorğular) vasitəsilə daha böyük proseslərə cəlb olunacaq. Layihə üzərində işləyən məsləhətçilərdən tələb olunan əsas bacarıqlardan bəziləri onların çox sayda aidiyyəti tərəfləri cəlb edən məsləhətləşmələrdə təcrübələri və həmçinin onların razılığa gəlməsi.

Layihənin həyata keçirilməsi üçün insan və texniki potensialın məhdud olması

Aşağı

Cəlb olunan beynəlxalq ekspertlərin təcrübələrindən bəhrələnməsi və layihənin səmərəli həyata keçirilməsi üçün BMT İP tərəfindən texniki, inzibati yardımların göstərilməsi.

Biomüxtəlifliyin qorunub saxlanılması üzrə bir çox mövcud məlumatların ETSN məlumat bazasından kənarda olması

Aşağı

VM məlumat təqdim edən bütün aidiyyəti tərəflər və istifadəçilər üçün faydalı olan bir tərzdə işlənilməsi. O, məlumatın geniş formatda axtarılması, aşkar edilməsi, bərpa edilməsi və yayılması funksiyalarının özündə cəmləşdirilməsi. Bundan əlavə ümumi etibarı təmin etmək üçün universal eynilik atributları, məlumat təhlükəsizliyi standartları, məlumatın əldə olunması. Bilik, təcrübə və məlumatları bölüşmək və əməkdaşlıq etmək üçün mexanizmlər və sövqedici motivlərin işlənilməsi.



Yüklə 238,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin