Bu Layihə, Layihənin İdarəetmə Heyəti tərəfindən yerinə yetiriləcəkdir. Layihənin İdarəetmə Heyəti Layihənin gündəlik idarəedilməsi prosesinə müvafiq qurumları cəlb edəcəkdir və buna görə ETSN və BMTİP bu Heyətdə təmsil olunacaqlar. Heyət, BMTİP-in Proqram və Fəaliyyət üzrə Siyasət və Prosedurlardakı (PFSP) göstərişə uyğun olaraq fəaliyyət göstərəcəkdir.
BMFSP hazırlanması və digər tədbirlərin həyata keçirilməsi məqsədilə Cədvəl 1-də göstərilən qurumların nümayəndələrindən ibarət Məşvərət Şurası yaradılacaqdır.
Layihənin İdarəetmə Heyəti üçün aşağıdakı texniki fəaliyyətlər nəzərdə tutulur:
-
Təsdiq edilən milli hesabatların tərtib və təqdim olunması prosesi üçün strateji nəzarəti və dəstəyi təmin edilməsi.
-
Biomüxtəlifliyə dair məsələlərin sektorlararası və inkişafla bağlı proseslərə daxil edilməsi, biomüxtəlifliyin dəyərləndirilməsi və bir-biri ilə əlaqədə olan biomüxtəliflik və iqlim dəyişməsi məsələlərində aidiyyəti tərəflərin cəlb olunmasının təmin edilməsi və bununla bağlı təkliflərin verilməsi.
-
Layihə üzrə illik iş planlarını və həmçinin digər layihə planlaşdırılması və həyata keçirilməsi mexanizmlərini nəzərdən keçirilməsi və təsdiq edilməsi.
-
Layihəyə dair İLİ/ LHKH üzrə təkliflərin verilməsi.
-
Lazım olduğu təqdirdə layihəyə dair qiymətlədirmələrə dəstəyin verilməsi
-
TT-yə dair və layihənin həyata keçirilməsinə və onun nəticələrinə nail olmaqda köməyi dəyə biləcək digər işçi qruplarında üzvlük ilə bağlı müzakirələrin aparılması.
-
Aidiyyəti üzrə digər vəzifələrin yerinə yetirilməsi.
|
Layihə rəhbəri və
Layihə köməkçisi
Layihənin İdarə heyəti
Əsas benefisiar və icraçı orqan:
ETSN
Əsas təminatçı:
BMT-nin İP
Məşvərət Şurası:
ETSN, DTXÇK, ƏN, İİN, MTN, MEA, SEN, TN, KTN, Ruzgar QHT
Layihəyə dəstək
BMTİP-in inzibati və maliyyə şöbəsi
Layihənin Təşkilatı Strukturu
BMSFP-nin Hazırlanması üzrə Məsləhətçi
Bioloji müxtəlifliklə bağlı potensial ehtiyacların qiymətləndirilməsi üzrə məsləhətçi
Biomüxtəliflik və İqlim Dəyişmələri məsələləri üzrə Əlaqələndirici Məsləhətçi
Layihənin təminatı
Layihə İdarə Heyətinin üzrləri
İdarəetmə tədbirləri
Layihənin İdarə Heyəti: Layihənin İdarə Heyəti həm Layihə Menecerinə rəhbərlik edən və layihə davam etdiyi müddət ərzində əsas qərarları qəbul edən, habelə layihəyə edilmiş düzəlişləri təsdiq edən orqan kimi çıxış edir. Layihəni İdarə Heyətinin iki tərəfi vardır:
-
İcraçı tərəfdaş. Bu rol ETSN tərəfindən müəyyənləşdirilən səlahiyyətli nümayəndə tərəfindən yerinə yetirilir;
- Baş Təchizatçı. Bu rol BMTİP Rezident Nümayəndəsi (müavini) və ya BMTİP-in səlahiyyətli Proqram Müşaviri tərəfindən yerinə yetirilir
Layihənin Təminatı: BMTİP tərəfindən Layihə çərçivəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi və hədəflərə nail olunması məqsədilə Layihənin gedişatına ümumi nəzarət və monitorinq funksiyalarını yerinə yetirməsi üçün proqram üzrə müşavir təyin edilir. BMTİP-in proqram müşaviri layihənin mövcud risklər və əldə edilmiş təcrübəyə dair tərtib etdiyi müddəalarını nəzərdən keçirilməsinə və onların Layihənin monitorinq və kommunikasiya planına uyğunluğunun təmin edilməsinə görə məsuliyyət daşıyır.
Layinənin dəstəklənməsi: BMTİP öz tərəfindən Layihənin icrasına maliyyə və inzibati, o cümlədən təchizat, müqavilələrin bağlanması, səfərlərin təşkili və ödənişlərin həyata keçirilməsi üzrə dəstək göstərəcəkdir.
Mütəxəssis dəstəyi: Layihə çərçivəsində işlərin böyük hissəsinin icrası yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Layihə çərçivəsində görülmüş işləri, habelə əldə olunmuş nailiyyətlərin müstəqil şəkildə qiymətləndirilməsini təmin etmək üçün əlavə mütəxəssislər cəlb oluna bilər.
Layihə meneceri: Layihə Meneceri layihə fəaliyyətlərinin gündəlik idarə olunması və maliyyə və inzibati hesabatların hazırlanmasına dair məsuliyyət daşıyır. O, layihənin icrasına görə məsul şəxs olmaqla yanaşı rüblük və illik iş planlarına uyğun fəaliyyət göstərir. Nəticələrə Əsaslanan İdarəetmə (RBM) standartlarına riayət edir. Layihə Menecerinin başlıca vəzifəsi tələb olunan keyfiyyət standartlarına uyğun olaraq, zaman və vəsait məhdudiyyətini nəzərə almaqla, Layihə sənədində qeyd olunan zəruri fəaliyyətlərinin icrası vasitəsilə gözlənilən nəticələrə nail olunmasını təmin etməkdir.
Layihəyə Kömək: Layihəyə Kömək rolu Layihənin və ya Layihə Menecerinin ehtiyaclarından asılı olaraq Layihənin inzibatçılığına, idarə olunmasına və Layihə Menecerinə köməyin göstərilməsindən ibarətdir.
Audit: Azərbaycan Hökuməti ilə köməkçi xidmətlərin göstərilməsi haqqında Razılaşma Məktubuna əsasən (15/02/2010) Layihə lazım gəldikdə audit yoxlamasından keçəcəkdir.
Monitorinq və qiymətləndirmə planı və büdcəsi
Monitorinq və Hesabat
Layihənin ilkin mərhələsində aşağıdakı sahələrin Monitorinq və Qiymətləndirilməsi aparılacaqdır:
-
BMTİP-in müvafiq əməkdaşları ilə məsləhətləşmə apararaq LM/əlaqələndirici tərəfindən işləniləcək nəticələr və vəsaitlər çərçivələri əsasında müəyyən edilmiş göstəricilər və məqsədlərlə birlikdə monitorinq planının hazırlanması;
-
LM və proqram üzrə müvafiq məsul şəxs tərəfindən yaradılacaq layihəyə dair risklər, məsələlər və keyfiyyətlə bağlı qeydiyyatın aparılması;
-
Layihənin İdarə Heyəti tərəfindən aparılacaq illik layihə planlaşdırılması (təfərrüatlı tədbirlər və büdcə ilə birlikdə) və hesabatların təqdim olunması;
-
Layihənin İdarə Heyəti tərəfindən aparılan illik layihə hesabatlarının təqdim olunması və monitorinqin keçirilməsi (layihəyə dair risklər və məsələlərin monitorinqi və treninqdən çıxarılmış nəticələr üzrə hesabatların işlənilməsi də daxil olmaqla);
Bütün hesabatlar Layihənin İdarə Heyəti tərəfindən təsdiq edilir və BMTİP-in maliyyə qayda və prosedurlarına əsasən mütəmadi olaraq BMTİP-ə təqdim olunur. MQ sistemi aşağıdakı sənədlər üçün nəzərdə tutulan standartlaşdırılmış formatlardan (BMTİP-in prosedurları və formatları ilə uzlaşdırılaraq) ibarətdir:
-
illik irəliləyiş hesabatı, maliyyə hesabatı daxil olmaqla
-
illik monitorinq hesabatı, risklər üzrə monitorinq daxil olmaqla
-
illik çıxarılmış nəticələr hesabatı
-
illik fəaliyyət planı
-
illik hesabat, maliyyə hesabatı daxil olmaqla
-
Rüblük İrəliləyiş Hesabatı (RİH) (hər üç aydan bir əsas komponentlər üzrə hazırlanmalı)
-
sadələşdirilmiş Biomüxtəliflik üzrə Fəaliyyətin Gücləndirilməsi Tədbirlərinin İllik Layihə İcmalı/ Layihənin Həyata Keçirilməsi üzrə Hesabat (İLİ/LHKH)
-
İdarə Heyəti-in aylıq iş planı və irəliləyiş hesabatı
-
Cəlb olunan ekspertlərin vəzifə hesabatı
-
Yekun hesabat (nəticə çıxarılmış dərslər daxil olmaqla)
Dostları ilə paylaş: |