BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə11/29
tarix20.01.2017
ölçüsü4,07 Mb.
#827
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

SUAL 16:


Deyirlər ki, haram qida övlada öz təsirini göstərir. Əgər övlada haram mal yedirən onun ata-anasıdırsa, onların günahının acısını üçün övlad dadmalıdır?

Aşağıda qeyd olunan bir neçə nöqtə bu sualın cavabının daha yaxşı başa düşülməsində bizə kömək edəcəkdir:



1-İlahi hikmət, yaxud Allahın işlərinin məqsədyönlü olması:

Bizim etiqadımız budur ki, Allahın fellərində (işlərində) xüsusi məqsəd vardır. Belə ki, Onun feli məsləhətə əsaslanır və onun xeyri məxluqlara qayıdır. Belə də deyil ki, Onun yaratdıqlarının mənfəətlərini nəzərə almaqla onun yerinə yetirilib-yetirilməməsi bərabər səviyyədə olsun. Buna görə də, Allahın fellərində məqsəd fail (işi görən) yox, felin özüdür. Çünki Allahın zatı kamil, mütləq və ehtiyacsızdır, Onun üçün heç bir məqsəd təsəvvür edilə bilməz.2

Bu təhlilə diqqət yetirdikdə, Allahın felləri məqsədli görünür. Yəni Allah-taala puç və yersiz işlərdən uzaq və pakdır. Onun felləri hikmət üzündəndir.

2-İlahi ədalət:

Ədalətin ən düzgün mənası “hər şeyi öz yerində qərar verməkdir.” İlahi ədalətin mənası belədir: Allah-taala hər bir varlıqla ona layiq şəkildə rəftar edir, onu layiq olduğu məqamda görür, nəyə layiqsə, onu da bəxş edir bu işdə onların malik olduğu istedad qabiliyyət nəzərdən qaçırılmır.”1



3-Hikmət ədalətin əlaqəsi:

“Hikmət” – failin (iş görənin) çirkin işlərdən çəkinməsi mənasını daşıyır. Bu məna ədalətə də şamil olunur. Çünki ədalət yaxşı, zülm və haqsızlıq isə pisdir. Buna əsasən, ədaləti hikmətin bir hissəsi hesab etmək olar.2



4-Başa gələn müsibətlərin mənbəyi:

Dünyada insanların əzab-əziyyətli, işkəncələrə məruz qaldığını görür və bunu gizlədə bilmirik. Bu əzab-əziyyətlər iki səbəbi ola bilər:

a) İnsanın başına gələn müsibət və bəlalar pis işlərdən irəli gəlir, onun xəta və günahlarının nəticəsidir. İnsanın yaranışındakı hikmətli məqsədə diqqət yetirdikdə, onun ixtiyar sahibi olaraq yarandığını görürük. Bəzi insanlar öz azadlıqlarından düzgün istifadə etmir, günaha bataraq acınacaqlı aqibətə düçar olurlar.

b) İnsanın başına gələn ağrı-acıların və bəlaların bir hissəsinin onun əməlləri ilə heç bir əlaqəsi yoxdur və günahlarının cəzası sayılmamalıdır. Məsələn, öncə bəyan olunduğu kimi, övladların bəlalarla üzləşməsi ailənin, ata-ananın onlara haram tikə daddırması və əməlləri ilə yox, başqa səbəblərlə bağlıdır.



5-İlahi ədalət insanın başına gələn bəlalar:

Belə görünür ki, ilahi ədalət və hikmət bölməsindəki dini prinsiplərə əsasən, bəşər cəmiyyətinin başına gələn bəlaların iki qismi ilahi ədalət və hikmətlə heç bir ziddiyyət təşkil etmir. Bu ziddiyyətsizliyi iki cür təhlil etmək olar:

1. Məlum olduğu kimi, insanın öz əməlinin nəticəsi olan bəlaların Allahla heç bir əlaqəsi yoxdur. Allahın ədalətinə əsasən, bu bəlalar insanın öz əməllərinin nəticəsidir. Lakin insanın öz əməlləri ilə bağlı olmayan və başqalarının günahı nəticəsində qarşısına çıxan ağrı-acılar və bəlaları Allah-taala Öz ədaləti və rəhməti sayəsində aradan qaldırır; yəni O, dünya, ya axirətdə zərər çəkən insana elə bir nemət bağışlayır ki, bu yolla öncəki ağrı-acı və çətinliklər aradan qalxır, yaddan çıxır. Haram mal yeyən şəxsin pis əməli nəticəsində övladın müsibətə düçar olmasına baxmayaraq, Allah-taala Öz ədalətinə əsaslanaraq, bu müsibəti aradan qaldırır. Əlbəttə, Allahın bu işi o zaman baş verir ki, insan, ya da övlad müxtəlif səbəblər üzündən öz iradə və istəyinin ardınca getməyib, yaşayış yolunu dəyişsin. Əgər öz iradəsindən düzgün şəkildə istifadə etməyə və həyat proqramlarını atasının tutduğu yoldan ayırmağa qadir olsa, hidayət yoluna düzəlir. Müsibətlərin davamı və onların ağrısı insanın öz əməllərinin nəticəsi oluduğundan, ilahi ədalət həmin övladın (pis işlər ardınca gedərək öz həyat proqramlarını dəyişmədikdə) istər dünya, istərsə də axirtdə cəzalanmasını tələb edir.

2. İkinci təhlil aşağıdakı nöqtələrə diqqət yetirdikdə aydın olur:

a) Kainatın və aləmin xüsusi nizamı var. Ona hakim qayda-qanunlar əbədi və dəyişməzdir. Bu qayda-qanunların ən üstünü “səbəb-nəticə” (determinizm) qanunudur. Bu qanuna əsasən, mümkün olan hər bir varlığın müəyyən səbəbi var. Səbəb və nəticə arasında müəyyən əlaqələr mövcuddur. Belə ki, hər nəticə hər səbəbdən vücuda gəlmir.

b) Dünyaya hakim qayda-qanunlar zati deyildir. Belə ki, dünya mövcud ikən onun qayda-qanunlarının və nizam-intizamının dəyişməsini fərz etmək qeyri-mümkündür. Necə ki şirinliyi olmayan şəkər rütubəti olmayan su fərz etmək mümkün deyil.

v) Dünyanın sabit, əbədi və dəyişməyən aləmləri arasında fərqlərin mövcud olması zəruridir. Məsələn, səbəb və nəticə arasındakı əlaqə tələb edir ki, kor, ya şikəst halda doğulmuş səbəbi aydınlaşsa, ona (bir uşağın kor, yaxud şikəst doğulması ilə) uyğun gələn nəticə də olmalıdır. Başqa bir misala diqqət yetirin: Haram mal yemək və onu başqasına yedirtmək insanın dünyada bəlalara, müsibətlərə düçar olmasına səbəb olur. Əksinə, halal mal yemək və onu başqasına yedirtmək mal-dövlətin bərəkətli olması ilə nəticələnir. Buna əsasən, Allahın yaratdıqları arasında fərqlərin mövcudluğu sabit və diyişməyən qayda-qanunlara görədir. Onların dünyadan kənarlaşması mümkün deyildir. Ümumiyyətlə, gözəl nizama əsasən, belə bir tələb ilahi ədalət və hikmətdən qaynaqlanır.

Bu məsələlərə diqqət yetirdikdə, demək olar ki: Haram mal yeyən övladın bəzi kamallara çatmamasının, eləcə də bəla və müsibətə düçar olmasının səbəbi obyektiv aləmə hakim qayda-qanunlardır. Beləliklə, haram yeyən övladın bəla və müsibətə düçar olması Allahın ədalətinə əsla zidd deyil. Bu, Allahın haqsızlıq, ya (insanlar arasında) fərq qoymasından qaynaqlanmır. Onu Allah tərəfindən pis bir iş hesab etmək olmaz. Bundan əlavə, ilahi ədalət və hikmətə əsasən, həmin övlad ixtiyar və iradə azadlığına malikdir. Ondan yaxşı istifadə etməklə özünü atasının süfrəsindən yediyi haram malın acınacaqlı nəticəsindən azad edə bilər. Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, insan zəhmətkeş, məsuliyyətli bir varlıqdır. O gözəl həyat sürmək üçün səy etməli, təbiət və cəmiyyətin bəyənilməyən amillərilə, eləcə də insanın (öz atası olsa belə) zülm və pis əməlləri ilə mübarizə apararaq öz gələcəyini işıqlandırmalıdır.

***
SEYYİDLƏR İLAHİ ƏDALƏT


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin