BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə5/29
tarix20.01.2017
ölçüsü4,07 Mb.
#827
1   2   3   4   5   6   7   8   9   ...   29

SUAL 6:


Quran baxımından münafiqlərin möminlərin əqidəsi onların rəftar ruhiyyələrində necə aşkarlanır?

ƏQİDƏLƏRİN AŞKARLANMASI


Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Möminin əqidəsi (imanı), kafirin inkarı (küfrü) onların rəftar əməllərində müşahidə olunur.”1 İnsanların əməl və rəftarları Allaha, vəhyə, risalətə və dini məsələlərə mərifət əsasında aşkarlanır və onların əqidələrini göstərir.

İndi isə Qurani-kərim baxımından münafiqlərin, kafirlərin və möminlərin əməl və rəftarlarının xüsusiyyətlərinə diqqət yetirin:



MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ


Ərəb ədəbiyyatında “nifaq” sözü gizlətmək, küfr etmək və zahirdə imanlı olmaq mənasını bildirir. Qurani-kərimdə də zahirdə İslamı qəbul edib, batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılmışdır. (Əqidədə yaranan) Bu nifaq əməldə, aşağıdakı xüsusiyyətlərə malikdir:

Münafiqlərin siyasi xüsusiyyətləri:

1-Biganələrlə dostluq etmək.2

2-Vilayət məqamından üz çevirmək.3

a) Dini hökuməti qəbul etməmək.4

b) Vilayət göstərişlərinin (əməli olaraq) əksinə çıxmaq.5

3-Fürsətdən istifadə etmək.6

4-Möminləri təhqir etmək.7

5-Fitnə-fəsad törətmək.8

6-Psixoloji qalmaqal yaratmaq.2

7-Günahları yozmaq.3



Münafiqlərin psixoloji xüsusiyyətləri:

1-Özünü böyük görmək.4

2-Qorxu içində olmaq.5

3-İztirab və həyəcan içində olmaq.6

4-İnadkarlıq.7

5-Mənəvi süstlük.8

6-Nəfsani istəklərə uymaq.9

Münafiqlərin əxlaqi xüsusiyyətləri:

1-Özlərini göstərmək:

a) Yalan danışmaq və riya.1

b) Yalan and.2

v) Özlərinin yanlış üslublarını yozmaq.3

q) Zahirlərinə fikir vermək.4

d) Yalan vədələr vermək.5

2-Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq.6



Münafiqlərin ictimai xüsusiyyətləri:

1-İman və islahat şüarları.7

2-İnsanları yaxşı işlərdən yayındırıb, çirkin işlərə dəvət etmək.8

3-Paxıllıq etmək.9

4-Möminlərdə eyb axtarıb, onları istehza etmək.10

5-Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək.1

6-Kin-küdurət saxlamaq.2

ƏXLAQDA NİFAQ VƏ İKİÜZLÜLÜK


Əxlaqda ikiüzlülük dini hökmlərə iltizamlı olmamaqdır. Bu həm insanda, həm cəmiyyətdə öz təsirini göstərir.3 İmam Əli (ə) əxlaqda ikiüzlülük barəsində buyurmuşdur: İnsanın ən aşkar nifaq ikiüzlülüyü başqasını itaətə əmr edib, günahdan çəkindirdiyi halda, özünün itaət etməməsi günahdan çəkinməməsidir.”4

Həzrət Peyğəmbər (s) də buyurmuşdur: Dörd sifətə malik olan şəxs münafiqdir: yalan danışmaq, verdiyi vədə sadiq qalmamaq, əhd-peymanı pozmaq (başqalarına) qələbə çaldığı zaman günah işlərlə məşğul olmaq.”5



KAFİRLƏRİN XÜSUSİYYƏTİ


Münafiqlərin və möminlərin malik olduqları xüsusiyyətləri nəzərə alsaq, kafirlərin fərdi və ictimai xüsusiyyətləri məlum olar. Quran ayələrində işarə olunan bu xüsusiyyətlərin bəziləri ni qeyd etməyi münasib görürük:

1-Dinin qarşısını almaq üçün mal-dövlət xərcləmək.1

2-İlahi nişanələrə istehza.2

3-Batil bir işə görə boş-boşuna mübahisə etmək.3

4-Haqqı tapdamaq.4

5-Qurana iman gətirməmək.5

6-İlahi əmrlərdən üz çevirmək.6

7-Yersiz etirazlar.7

8-Həzrət Peyğəmbərə (s) istehza etmək.8

9-Nəfsani istəklərə uymaq.9

10-Əqlə tabe olmamaq.10

MÖMİNLƏRİN XÜSUSİYYƏTLƏRİ


Fərdi və ictimai baxımdan möminlərin xüsusiyyətləri:

Fərdi xüsusiyyətlər:

1-Allaha təvəkkül etmək.1

2-Allahı yad edərkən qəlbləri titrəyər.2

3-Vacib əməlləri (xüsusilə namazı) həmişə vaxtlı-vaxtında yerinə yetirmək.3

4-İffətli olmaq və zinadan qorunmaq.4

5-Namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha boyun əyər, Onun qarşısında kiçilərlər.5

6-Yersiz və lüzumsuz işlərdən uzaqlıq.6

7-İlahi ayələri eşidərkən imanları artar.7



İctimai xüsusiyyətlər:

1-Başqalarını yaxşı əməllərə çağırmaq və çirkin işlərdən çəkindirmək.

2-Başqalarının maddi ehtiyaclarını təmin etmək.

3-Mömin qardaşlarla ilə dostluq etmək.8

4-Camaatla təmkin və təvazökarlıqla davranmaq.2

5-Xeyirxah işlərdə hamından qabağa keçmək.3

6-Kafirlərlə dostluq etməmək.4

7-Əmanətə sadiq qalmağa səy göstərmək.5

8-Əhd-peymana vəfalı olmaq.6

9-Allahın Rəsuluna itaət etmək.7

İmam Sadiq (ə) bir rəvayətdə möminin səkkiz xüsusiyyətə malik olduğunu buyurmuşdur:

1-Çətinlik zamanı dözümlü və sakit olarlar.

2-Dünyanın ağır imtahanları, bəla və müsibətlərinə səbir etmək.

3-Ruzi və rifahı geniş olarkən Allaha şükür etmək.

4-Allah-taalanın əta etdiyi ruziyə razı və qane olmaq.

5-Düşmənlərə zülm və təcavüz etməmək.

6-Öz yükünü və işini dostlarının üzərinə atmasın, ya da dostluq xatirinə onların günahlarını öz öhdəsinə götürməsin.

7-Bədəni Allaha itaət və insanlara xidmətdə əziyyət çəkər.

8-Camaat onun əlindən əmin-amanlıqda olar.

O həzrət rəvayətin sonunda buyurmuşdur: Möminin elmi onun dostu yardımçısı, helmi səbri vəziri, yol göstərəni məsləhətçisi, əqli əməllərə əmr edəni, müdarası gücü qardaşı, ehsan yaxşılığı mehriban ürəkyandıran atasıdır.”1

Bir sözlə, həqiqi mömin sonsuz bir aləmə bənzəyir. Möminlərin sifətləri və əməli xüsusiyyətləri barəsində əlavə məlumat əldə etmək istəyənlər “Nəhcül-bəlağə”nin “Həmmam” xütbəsinə müraciət edə bilərlər.

***
ALLAHA YƏQİNLİYİN DƏRƏCƏLƏRİ




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin