BİSMİllahir-rəhmanir-rəHİM 1-ci və 5-ci cildlər



Yüklə 4,07 Mb.
səhifə9/29
tarix20.01.2017
ölçüsü4,07 Mb.
#827
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

SUAL 12:


Qurani-kərimdə nazil olanların həqiqiliyinə yəqinlik məqsədilə Allahın düz danışmasını necə isbat etmək olar?

Allahın danışığı ilahi rübubiyyətin, dünya və insana müdiriyyətin tələbidir. Bu danışıq elm, hikmət, insanların doğru yol yönəlişi, düzgün mərifətin əsasıdır. Onun hansısa söhbətlərinin həqiqətə uyğun gəlməməsi (yalan danışması) ilahi hikmətin əksinədir. Allahın hikməti və müdrikliyi insanları Onun söhbətlərinə inanmağa, dəvət edir, onlara düzgün mərifət yolunu tanıtdırır. Beləcə yalan Allahın sözlərinə etimadsızlıq yaradır. Bu, məxluqatın hidayət və mərifətinə yönəli ilahi məqsəd və hikmətə uyğun gəlmədiyindən Allah-taalanın bütün kəlamları və sözləri haqq və doğrudur.1

Bundan əlavə, yalan çirkin sifətlərdən sayıldığı üçün nadanların, ehtiyaclıların, aciz və qorxaqların üslubu olduğuna görə Allahın rübubiyyət məqamından uzaqdır. Allah-taala bəyənilməyən sifətlərə malik deyildir, üstəlik belə sifətlər Ondan uzaqdır. Eləcə də, Allah-taala heç bir şeyə ehtiyac duymadığı və Onda heç bir nöqsan olmadığı üçün yalan danışmır. Allah-taala bütün gözəl və kamal sifətlərə kamil şəkildə malik olduğundan, ən düz danışandır. Necə ki, Qurani-kərimdə bu həqiqətə belə işarə etmişdir: “...Allahdan daha doğru danışan kim ola bilər?”2

Ümid edirik ki, aşağıdakı incə-nöqtələrə diqqət yetirməklə Allah-taalanın sifətlərini dərk edək.



MÜTLƏQ VARLIQ


Öncə isbat olunduğu kimi, Allah-taala mütləq varlıq və mütləq həqiqətdir. Buna görə də, Ona yoxluq və fanilik yol tapa bilməz. Digər tərəfdən isbat olunmuşdur ki, kamal varlığa bərabərdir və nöqsanın mənbəyi yoxluqdur. Buna əsasən, Allah-taalanın zatı həqiqi kamala malikdir; çünki həqiqi kamal varlığa və həqiqətə qayıtmaqdan ibarətdir. Allahın zatı mütləq varlıq olduğu üçün mütləq kamaldır. Başqa sözlə, Allahın zatı mütləq varlıq olduğu üçün, (mümkün varlıqlar kimi) Ona əsla hədd təyin etmək olmaz. Buna əsasən, bütün səciyyələr, o cümlədən, ən yüksək və mütləq kamal Onun zatına aid edilir. Onun müqəddəs zatı heç vaxt naqis sifətlərlə –nadanlıq, zəiflik, qaranlıq və yalanla... vəsf olunmaz. Elm, düz danışıq, qüdrət və həyat kimi kamal sifətləri ən yüksək həddə Ona aid edilir. Çünki O, mütləq varlıqdır və kamillik varlığa bərabərdir.1

***
ALLAHIN ƏBƏDİ ƏZƏLİ OLMASI



SUAL 13:


Zəruri varlığın əbədiliyini necə isbat etmək olar? Zəruri varlıq özünü yox edə bilərmi?

“Zəruri varlıq” məfhumundan Allahın əzəli və əbədi olması aydınlaşır. Çünki zəruri varlığın səbəbə heç bir ehtiyacı yoxdur və O mümkün varlıqların səbəbidir. Buradan “zəruri varlıq” üçün iki sifət isbat olunur:

1. Onun başqa varlıqlara möhtac olmaması; çünki Onun başqa bir varlığa azacıq belə ehtiyacı olsa, həmin varlıq Onun səbəbi (və yaradanı) olacaqdır. Səbəbin də mənası budur ki, başqa bir varlıq ona möhtac olsun.

2. Mümkün olan varlıqlar Onun nəticəsi və Ona möhtacdır. Allah, onların yaranışının ilk səbəbidir.

Bu iki məsələni nəzərə almaqla deyə bilərik: Başqa bir varlığa möhtac olan varlıq ona tabedir və səbəbi aradan qalxsa vücuda gələ bilməz. Başqa sözlə, desək, bir varlığın müəyyən bir zamanda məhvi onun möhtac və mümkün bir varlıq olmasının əlamətidir. “Zəruri varlıq” sözsüz ki, mövcuddur, həmişə yaşayacaq və heç bir varlığa da möhtac deyil. Beləliklə, “zəruri varlıq” üçün iki sifət isbat olunur: 1-Əzəlilik; yəni Onun üçün keçmişdə yoxluq məfhumu təsəvvür olunmur. 2-Əbədilik; yəni gələcəkdə də əsla yox olmayacaq. Deməli, yoxluğa və məhvə məhkum hər bir varlıq “zəruri varlıq” deyil.2

Qeyd edilənlərə diqqət yetirməklə aydın olur ki, “zəruri varlığın” özünü məhv etməsi mümkün deyil; çünki Onun varlığı vacib və zəruridir. Əgər bu zərurəti öz üzərindən götürmək istəsə, onun zatında inqilab yaranar və bu da, onun “zəruri varlıq” olması ilə uyğun gəlməz. Başqa sözlə, “zəruri varlığın” məhvi qeyri-mümkün bir varlıq deməkdir. Buna əsasən, özünü məhv etməyə qadir olan varlığın məhv olması mümkündür və məhv olması mümkün olan varlıq “zəruri” yox, «mümkün» varlıq adlanır.

***
İLAHİ ƏDALƏTİN MƏNASI

SUAL 14:


İlahi ədalət məsələsi ilə əlaqədar belə bir sual yaranır: Quran ayələrinə tutarlı dəlillərə əsasən, zinadan dünyaya gələn şəxs mömin ola bilməz. Ümumiyyətlə, onun günaha meyilli olması üçün zəmin daha böyükdür. Digər tərəfdən, hədisi-qüdsidə deyilir ki, zinadan dünyaya gələn şəxs behiştə daxil olmaz heç vaxt Əhli-beyti (ə) sevməz. İlahi ədalətə əsasən, (zinada heç bir rolu olmayan) zinadan dünyaya gələn şəxs belə olmalıdırmı?

“Ədalət” hər şeyi öz yerində qərar verməkdir. Əmirəl-möminin Əli (ə) bu barədə buyurmuşdur: Ədalət hər şeyi öz yerində qərar verməkdir.”1

Bu tərifə əsasən, ilahi ədalət budur ki, Allah-taala Öz hikmətinin tələbi əsasında dünyanı xeyirli və kamil, eləcə də, müxtəlif varlıqları son hədəfə uyğun halda yaratmışdır.

Digər tərəfdən ilahi ədalətə əsasən, varlıq aləmi elə xəlq olunmuşdur ki, öz varlıq mərtəbəsinə mütənasibdir və hər bir yaranmış üçün ona uyğun gələn qayda-qanunlar, adət-ənənələr mövcuddur. Bu arada maddi və bizim həyat sürdüyümüz aləm elə xəlq olunmuşdur ki, Öz varlıq mərtəbəsinə mütənasibdir. Bu səbəbdən də, ona xüsusi nizam hakimdir. İxtilaflar, dəyişikliklər, hərəkət, təsir göstərmək və təsirlənmək bu dünyanın ayrılmaz xüsusiyyətlərindən sayılır.




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin