FƏZİLƏT HƏDİSLƏRİ HAQDA TƏHLİL VƏ MÜLAHİZƏLƏR
Doğrusu, görəsən Peyğəmbər (s) öz səhabə-lərinin gələcəyindən xəbər verib, onların
dini təhrif edəcəklərini bəyan etdiyi bir halda, bu hədisləri Mədinədən kənarda yaĢayan
və Əbu Bəkrə zəkat verməkdən imtina edən bir ərəbə (Malik ibni Nüveyrəyə) necə aid
etmək olar?
Peyğəmbər (s) öz sözlərində “əshabi, əshabi” və yaxud “mimmən sahəbəni”
kəlmələrini iĢlət-miĢdir. Bu sözlərin mənası “gecə-gündüz mənimlə birlikdə olanlar”
deməkdir.
Belə isə, Mədinədən bir neçə fərsəng uzaqda yaĢayan, Peyğəmbər (s) ilə bir-iki
dəfədən artıq görüĢməyən və hətta o həzrətin vəfat xəbərini belə, bir neçə gündən sonra
eĢidən Ģəxsi “Peyğəmbərlə həmiĢə birlikdə olan” Ģəxslərdən saymaq olmaz. Peyğəmbərlə
(s) həmiĢə bir yerdə olan Ģəxslər məhz gecə-gündüz, səfərdə və qeyri-səfərdə, döyüĢlərdə,
cümə və camaat namazlarında o həzrətlə birlik-də olanlardır. Əbu Bəkr, Ömər, Osman,
Əbdür-rəhman ibni Ovf, Səd ibni Əbi Vəqqas, Əbi Übeydə Cərrah, Əbu Səid Xidri, Bərra
ibni Azib və sairləri Peyğəmbər (s) ilə həmiĢə birlikdə olan Ģəxslər idilər.
Digər tərəfdən isə, sünnü alimləri öz rəvayətlərində Əbu Bəkri Peyğəmbərin həmiĢəki
dostu və köməkçisi kimi qələmə veriblər. (Bu barədə olan bəzi rəvayətləri keçmiĢ
bəhslərdə izah etdik.)
Bəzən səhabələrin özləri Peyğəmbərin onla-rın gələcəyi barədə dediyi sözlərini etiraf
edir, dini qorumaqda səhlənkarlığa yol verdik-lərini qəbul edirdilər.
Ġbni Həcər “Əl-isabə kitabında yazır: “Əli ibni Müsəyyib atasının Əbu Səid Xidriyə
31
“Ruhul-Bəyan”, “Maidə” surəsinin 54-cü ayəsi haqda olan bəhs.
32
Həsəndən məqsəd, bəlkə də sünnü alimi olan Həsən Bəsridir.
33
“Ruhul-Bəyan” təfsiri, “Maidə” surəsinin 54-cü ayəsi haqda olan bəhs.
16
belə dediyini nəql edir: Siz necə də xoĢbəxtsiniz! Çünki Peyğəmbəri görüb onunla
həmsöhbət olmusunuz! Əbu Səid Xidri: Bizim, Peyğəmbər (s)-dən sonra nələr etdiyimizi
bilmirsiniz” - deyə cavab verdi.34
Buxari yazır: “Əla ibni Müseyyibin atası deyir: “Bərra ibni Azibə dedim: Siz necə də
xoĢbəxtsiniz! Çünki, Peyğəmbəri görüb, bir ağacın altında onunla beyət etmisiniz. O isə
mənə, belə dedi: “Sən bizim Peyğəmbərdən sonra nə iĢlər gördüyümüzü bilmirsən!”35
“Ət-təbəqat” kitabının müəllifi yazır: “AyiĢə ölməmiĢdən qabaq deyirdi: “Mən
Peyğəmbərdən sonra yaramaz və nalayiq iĢlər gördüyüm üçün, məni onun zövcələrinin
yanında dəfn edin (Peyğəmbərin özünün qəbri yanında dəfn etməyin.)”36
Dostları ilə paylaş: |