ÜSAMƏNİN SƏRKƏRDƏLİK ETDİYİ QOŞUNUN EZAMİYYƏTİ
Peyğəmbər (s) Əli (ə)-ı öz vəsisi təyin etdikdən sonra, səhabələrdən bəzilərinin Əli
(ə)-a tabe olmayacaqlarını bilib bu iĢə bir çarə fikirləĢirdi. O, ənsar və mühacirdən olan
sərkərdələrin hamısını bir yerə yığıb, Üsamə ibni Zeyd ibni Harisəni onlara baĢçı təyin
etdi və buyurdu ki, ġam sərhədlərinə doğru gedib rumlularla müharibə etsinlər. Əli (ə)-ı
isə bu döyüĢə göndərməyib, öz yanında saxladı.
Peyğəmbəri Əkrəm (s) öz əli ilə döyüĢ bayrağını Üsaməyə verdi, sonra Mədinənin bir
fərsəngliyində yerləĢən “Corf” məntəqəsinə gedib, oranı qoĢunun qərargahı təyin etdi.
Əbu Bəkr, Ömər, Əbu Übeydə Cərrah, Səd ibni Vəqqas, Səd ibni Zeyd və s. kimi ənsar
və müha-cir baĢçıları da bu qoĢuna çağırılanlardan idilər.
Onların içində bir dəstə Peyğəmbərə etiraz edib dedi: “Əksəriyyətini ilkin mühacirlər
təĢkil edən bu qoĢunun sərkərdəsi nə üçün cavan və yeniyetmə Üsamə olmalıdır?”
Ömər ibni Xəttab bu sözü Peyğəmbər (s)-a çatdırdı. Peyğəmbər bu sözü eĢidib çox
narahat oldu, bir dəsmalı alnına bağlamıĢ və digər dəsmalı da çiyninə atmıĢ halda
minbərə çıxıb buyurdu: “Üsamənin sərkərdəliyi haqda mənə çatan bu sözlər nədir?! Elə
əvvəllər Üsamənin atasının sərkərdəliyinə etiraz edənlər də elə siz idiniz! Allaha and
olsun, onun həm atası, həm də özü sərkərdəlik etməyə layiqdir.” Peyğəmbər bunları
deyib, minbərdən aĢağı endi.
Peyğəmbərin xəstəliyi get-gedə ağırlaĢırdı. O, xəstəliyin Ģiddətindən huĢdan getmiĢdi,
bu halda Üsamə onun əyadətinə gəldi və yenidən qərargaha qayıdıb hərəkət əmrini verdi.
O, atına minmək istəyəndə, Peyğəmbərin həyat yoldaĢı Ümmü Əymən tərəfindən
gələn qasid Peyğəmbərin ehtizar halında38 olduğunu bildirdi. Elə bu zaman Üsamə Əbu
Bəkr, Ömər, Əbu Übeydə və baĢqaları ilə birlikdə Mədinəyə qayıtdı.39
Dostları ilə paylaş: |