ÜMUMİ BEYƏT VƏ PEYĞƏMBƏRİN (S) DƏFN OLUNMASI
Bütün bu keĢməkeĢlərdən sonra, Əbu Bəkrin “xilafət müsabiqəsində” müvəffəqiyyət
qazanma-ğına və çoxlarının ona beyət etməsinə baxma-yaraq, bu qələbə qəti deyildi və
xilafət hələ də rəsmiyyət qazanmamıĢdı. Sünnü tarixçisi və böyük müfəssir Təbəri yazır:
“Elə həmin gün Əsləm qəbiləsi Mədinəyə gəlmiĢdi. Sayları o qədər çox idi ki, küçələrə
sığıĢmırdı. Onlar Mədinəyə gəlib Əbu Bəkrlə beyət etdilər.”
Ömər dəfələrlə deyirdi: “Əsləm qəbiləsini gördükdə qəti qələbənin bizimlə olduğunu
yəqin etdim.”82
Mərhum ġeyx Müfid yazır: “Əsləm qəbiləsi Mədinəyə alıĢ-veriĢ üçün gəlmiĢdilər.
Onlara deyildi ki, bizə kömək edin, Peyğəmbərin xəlifəsi üçün beyət alaq. Cavab müsbət
olsa, sizə çoxlu mal verərik. Onlar tamahlanaraq Əbu Bəkrə kömək etməyə baĢladılar.”83
Ġbni Əbil Hədidin yazdığı kimi, Əbu Bəkr məhz Əsləm tayfasının beyəti ilə öz yerini
möhkəmlətdi.84
Sabahı gün Əbu Bəkr məscidə gəlib camaatdan ümumi beyət almaq üçün minbərə
çıxdı. Onun söhbətindən qabaq Ömər ayağa qalxıb, Allaha həmd-səna etdikdən sonra
dedi: “Dünənki sözüm (Peyğəmbərin ölmədiyi haqda dediyi söz) nə Qurandan idi, nə də
hədisdən. Mən sadəcə olaraq Peyğəmbərin camaatın iĢlərini axıra kimi və tam Ģəkildə
həll edib, hamıdan sonra dünyadan gedəcəyini güman edirdim. Peyğəmbər Quranı sizin
aranızda qoyub getdi. Quranın göstəriĢlərinə əməl etsəniz o sizi Peyğəmbərin yolu ilə
aparacaq. Ġndi isə o, sizə rəhbərliyi aranızda ən yaxĢı adama və mağaradakı iki nəfərdən
birinə tapĢırıb. Onunla beyət edin.”85
Buxari yazır: “Səqifədə bir dəstə adam Əbu Bəkrlə beyət etmiĢdi. Ancaq ümumi
beyət məsciddə baĢ verdi.”86
Beyətdən sonra Əbu Bəkr Allaha həmd-səna edib dedi: “Ey camaat! Sizə rəhbərlik
etmək mənə həvalə edilib, halbuki, mən sizin aranızda xilafət üçün ən layiqli Ģəxs
deyiləm. YaxĢı əməl etdikdə mənə kömək edin, yox əgər pis əməl etsəm və yoldan
çıxsam məni düz yola çəkin. Nə qədər ki, Allahın və Peyğəmbərin dediklərinə əməl
edirəm,87 mənə tabe olun. Hər vaxt Allahın və Peyğəmbərin sözündən çıxsam, mənə
itaət etməyin. Sonra dedi:
Agah olun, mənim üçün bir Ģeytan var, bəzən mənə hakim olub yoldan çıxardır. O
Ģeytan mənə yaxınlaĢdıqda məndən uzaq olun ki, mən sizin mal və canınızdan öz
xeyrimə istifadə etməyim.
Dostları ilə paylaş: |