Əbu Bəkr hakimiyyətdə öz yerini bərkitdikdən sonra onunla beyət etməyib etiraz
əlaməti olaraq həzrət Fatimeyi Zəhra (ə)-ın evinə yığıĢan müxalifləri, eləcə də sair
müxalifləri tutub, zorla beyət etdirmək qərarına gəldi. Müxalifət edən Ģəxslər aĢağıdakılar
idi: Əli (ə), Zübeyr, Təlhə, Səd ibni Əbi Vəqqas, Əbuzər, Miqdad, Əmmar, Peyğəmbərin
əmisi Abbas, Abdullah ibni Abbas, Qəsəm ibni Abbas, Hüzeyfə, Xalid ibni Səid, Bərra
Ġbni Əbil Hədid Əbu Bəkrin məmurlarının Fatimeyi Zəhra (ə)-ın qapısına getmələri
1-Məhəmməd ibni Əbdül Əziz deyir: “Əbu Bəkrlə beyət olunan zaman Təlhə və
30
Zübeyr Əli (ə)-ın haqqı barəsində Əbu Bəkrlə müxalifət edib, Zəhra (ə)-ın evinə
yığıĢmıĢdılar və orada məĢvərət edirdilər. Ömər Fatimə (ə)-ın qapısına gəlib dedi: “Ey
Peyğəmbərin qızı! Dünyada bizim üçün atandan əziz bir adam yoxdur. Atandan sonra da
bizim üçün səndən əziz bir adam yoxdur! Ancaq Allaha and olsun! Bu məhəbbət sənin
evinə yığıĢan Ģəxslərə xatir evini yandırmağımızın qarĢısını ala bilməz!”100
2-Əbu Bəkr Cövhəri, Əbül Əsvəddən belə nəql edir: “Mühacirlərdən bir dəstəsi Əbu
Bəkrlə beyətə çox qəzəblənmiĢdilər. Çünki, bu beyət məĢvərətsiz həyata keçmiĢdi. Əli (ə)
və Zübeyr əsəbiləĢmiĢ halda Fatimənin evinə daxil oldular. Ömər Əbdül ƏĢhəl
tayfasından olan Üseyd ibni Hüzeyr və Səlmə ibni Səlamətin də iĢtirak etdiyi bir qoĢunla
gəldi.
Fatimeyi Zəhra (ə) onları Allaha and verdi. Onlar isə buna etina etmədən evə
soxuldular. Əli (ə)-ın və Zübeyrin qılıncını aldıqdan sonra divara vurub sındırdılar. Sonra
isə Ömər Əli (ə)-ı və Zübeyri evdən çıxarıb beyət almaq üçün Əbu Bəkrin yanına gətirdi.
Əbu Bəkr ayağa qalxıb, camaata xütbə oxuduqdan sonra dedi: Mənimlə beyət tələm-
tələsik oldu, ancaq Allah camaatı bu iĢin Ģərrindən saxladı. Fitnə-fəsad törənəcəyindən
qorxduğum üçün məcburiyyət qarĢısında qalıb onu (xilafəti) qəbul etdim.
Allaha and olsun! Bir günlük olsa belə xilafət düĢkünü deyiləm. Elə bir vəzifənin
altına girmiĢəm ki, onu idarə etməyə gücüm çatmır.”101
3-Əbdürrəhman deyir: “Əbu Bəkr minbərə çıxdıqda Əli (ə), Zübeyr və Bəni
HaĢimdən bir dəstə adam Fatimə (ə)-ın evində idilər. Ömər onların yanına gedib dedi:
Ömərin canı qüdrət əlində olan Allaha and olsun: Ya bu evdən çıxıb beyət etməlisiniz, ya
da evi siz qarıĢıq yandıracağam!”102
4-Səd ibni Əbi Vəqqas və Miqdad ibni Əsvəd Fatimeyi Zəhra (ə)-ın evinə
yığıĢanlardan idi. Onlar Əli (ə) ilə beyət etmək istəyirdilər. Ömər, evi onlar qarıĢıq
yandırmaq üçün oraya gəldi. Zübeyr qılıncını siyirib onlara hücum etdi. Zəhra (ə) ağlar
halda evdən çıxıb camaatdan kömək istəyirdi.”
5-Əbu Bəkr Ömərə dedi: “Xalid ibni Vəlid haradadır? Gedib Əli ilə Zübeyri buraya
gətirin!”
Ömər Xalidlə birlikdə Əlinin evinə getdilər. Ömər evə daxil oldu, Xalid isə çöldə
qaldı. Ömər Zübeyrə dedi: Bu qılınc nədir?
Zübeyr dedi: Əliyə beyət etmək üçün hazırlaĢmıĢam.
Evdə çox adam vardı, Miqdad ibni Əsvəd və Bəni HaĢimin hamısı orada idi. Ömər
qılıncı götürdü, evdə olan daĢ parçasına vurub sındırdı. Zübeyrin əlindən tutub onu darta-
darta çölə çıxartdı və Xalidə tapĢırdı. Xalid onu tutub saxladı.
Əbu Bəkr onlara kömək etmək üçün xeyli adam göndərmiĢdi. Onlar da evin yanında
idilər. Sonra Ömər içəri girib Əliyə “qalx, beyət et!”-dedi. Sonra Əli (ə)-ın əlindən tutub
onu yerindən qaldırmaq istədi. Əli (ə) qalxmadı. Ömər ona hücum edib Zübeyri evdən
çıxartdığı kimi onu da zorla evdən çıxartdı. Xalid onların hər ikisini (Əli və Zübeyri)
tutub, yola düĢdülər. Xalid Əlini, Zübeyri və evdə onları qabaqdan çəkir, Ömər isə
arxadan qovurdu. Mədinənin küçələrinə yığıĢan camaat da bunlara baxırdılar.
Fatimə (ə) Ömərin Əli (ə)-a qarĢı etdiyi hörmətsizlikləri gördükdə ucadan nalə edib
ağladı. Ona qoĢulmuĢ haĢimi və sair qadınlar da ucadan ağlayıb, nalə edirdilər. O, öz
100
“ġərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.45
101
“ġərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.50
102
“ġərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.56
31
evindən məscidə açılan qapıdan çıxıb dedi: “Ey Əbu Bəkr! Peyğəmbərin (s) əhlinə nə tez
hiylə iĢ-lətdiniz?! Allaha and olsun, nə qədər ki, sağam Öməri danıĢdırmayacağam.”
Bu rəvayətdə təəccüblü olan Ģeylərdən biri də budur ki, sünnü alimləri iddia edirlər
ki, Peyğəmbər (s), Əbu Bəkrin qapısından baĢqa, məscidə açılan bütün qapıların
bağlanmasını əmr etdi. Bu hədisdə isə Fatimənin (ə) məscidə açılan qapıdan Əbu Bəkrlə
söhbət etdiyinin Ģahidi oluruq. Sünnü alimlərinin nəql etdiyi bu və sair hədislərdən aydın
olur ki, yalnız Əli (ə)-ın evinin qapısı məscidə açılırdı və Peyğəmbər (s) öz həyatında Əli
(ə)-ın qapı-sından baĢqa məscidə açılan bütün qapıları bağlatdırmıĢdı. Halbuki, “Səhihi-
Buxari”, “Tarixi-Təbəri” və “Əs-səvaiqül-muhriqə” kitab-larında bunu Əbu Bəkrin
fəzilətlərindən hesab edirlər.
6-Ziyad ibni Lübeyd Ənsari baĢqa bir Ģəxslə köməkləĢib qılıncı Zübeyrdən almaq
istədikdə, qılınc onun əlindən yerə düĢdü. Onlar qılıncı götürüb daĢa vuraraq sındırdılar.
Sonra onları evdən çıxardıb, boyunlarından tutdular və çox kobud hərəkətlə arxadan
qovaraq, Əbu Bəkrlə beyət etməyə gətirdilər.103
Dostları ilə paylaş: