FATİMƏ (Ə)-IN ZƏMANƏSİNİN İMAMI KİM İDİ?
Ġndi belə bir sual yaranır: Fatimənin zəma-nəsinin imamı kim idi? Peyğəmbər (s)
buyurub:
“Hər kəs öz zəmanəsinin imamını tanımadan ölsə cahiliyyət dövründə ölənlər kimi
dünyadan getmiĢ olar.”147 (Yəni, həqiqi imanın Ģərtlə-rindən biri də zamanın imamını
tanımaqdır.)
Sünnü alimlərinin dediklərinə görə, əgər Əbu Bəkr doğrudan da müsəlmanların
xəlifəsi, zəmanənin imamı və ona itaət etmək bütün müsəlmanlara vacib idisə bəs onda
nə üçün razılığı Peyğəmbərin razılığına, qəzəbi də onun qəzəbinə səbəb olan Fatimə (ə) o
imama itaət etmədi və ondan küsülü olaraq dünyadan getdi? Əgər Zəhra (ə)-ın
zəmanəsinin imamı Əbu Bəkr olsaydı, onda rəva deyildi ki, Zəhra ondan küssün və onun
razılığı Peyğəmbərin və Allahın razılığına, qəzəbi də Peyğəmbərin və Allahın qəzəbinə
səbəb olsun. Əgər Əbu Bəkr doğrudan da zəmanənin imamı idisə, onda nə üçün dəfələrlə
özünü bu vəzifədən azad etmiĢdi? Halbuki, imamlıq məqamı Allah tərəfindən təyin
olunan bir Ģeydir və heç kimin onu bu vəzifədən azad etməyə haqqı yoxdur. Doğrusu,
Fatimənin zəmanəsinin imamı kim idi? Müsəlmanlara bu haqda təhqiqat aparmaq, Allah
tərəfindən təyin edilmiĢ imamın və müsəlmanların ixtiyar sahiblərinin kim olduğunu
bilmək lazım deyilmi?
Dostları ilə paylaş: |