Həqiqət budur ki, camaatın çoxu lap əvvəldən bilirdi ki, Peyğəmbər (s) Əlini özünə
caniĢin seçəcəkdir. Bunu qəbul etmək isə onlar üçün çox ağır və dözülməz idi. Çünki,
ərəb tayfa və qəbilələrinin baĢçıları Peyğəmbər (s)-in Əhli-beytindən kiminsə onlara
xəlifə olmasını istəmirdilər və onların özləri müsəlmanlara baĢçılıq etmək istəyirdi-lər.
Digər tərəfdən də Peyğəmbərin ətrafında olan Ģəxslərdən bəzilərinin qohumlarından biri
və ya bir neçəsi döyüĢlərdə Əli (ə)-ın vasitəsi ilə qətlə yetirildiyinə görə Əli (ə)-ın xəlifə
olmasını qəbul etmək onlar üçün çox ağır və dözülməz idi. “Nüzhətül-məcalis”176
kitabının müəllifi yazır: Qürtəbi öz təfsirin-də “Səələ sailun biəzab” ayəsinin təfsirində
belə yazır: Peyğəmbər “Mən kuntu mövlah fə haza Əliyyun mövlah) dedikdə Nəzr ibni
52
Haris Peyğəmbərə dedi: “ġəhadəteyni qəbul edin”-dedin, biz də qəbul etdik, namaz qılıb,
zəkat verməyi əmr etdin, onları da qəbul etdik. Ġndi də bunlarla kifayətlənməyib, öz əmin
oğluna itaət etməyi əmr edirsən! Bunu Allah deyir, yoxsa özün?! Peyğəmbər buyurdu:
“Tək olan Allaha and olsun! Bu, Allahın əmridir. Əliyə itaət etməyinizi Allah buyurur.”
Sonra Nəzr dedi: “Pərvərdigara! Əgər həqiqətən bu Sənin əmrindirsə, onda göydən
bizim baĢımıza daĢ yağdır!” Elə bu zaman göydən bir daĢ gəlib onun baĢına düĢdü.
“Təzkirətül-xəvass” kitabının müəllifi yazır: “Peyğəmbər (s) “Mən kuntu mövlah fə
Əliyyun mövlah” - cümləsini dedikdən sonra, bu söz bütün Ģəhərlərə yayıldı. Bunu
eĢidən Hərs ibni Nöman ibni Fəhari öz dəvəsi ilə gəlib məscidin qapısında dəvədən endi.
Dəvəsini bir yerə bağlayıb içəriyə girdi və Peyğəmbərə dedi: Ey Məhəmməd! Sən bizə
“la ilahə illəllah, Muhəmmədun rəsulullah” sözlərini qəbul etməyə əmr etdin, biz də
qəbul etdik. Bizə gündəlik beĢ namazı qılmağı, Ramazan ayında oruc tutmağı, həccə
getməyi, malımızın zəkatını verməyi əmr etdin. Bunu da qəbul etdik. Bütün bunlara razı
olmayıb əmin oğlu Əlini bizim çiynimizə mindirərək onu insanların hamısın-dan üstün və
fəzilətli hesab etdin və “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” - dedin. De
görək, bu sənin öz sözündür, yoxsa Allah-taala tərəfindəndir?!
Bu sözü eĢitdikdə gözləri qəzəbdən qızaran Peyğəmbər (s) buyurdu: “Misli və Ģəriki
olmayan Allaha and olsun! Bu, Allahın fərmanıdır, mənim öz sözüm deyil.” Peyğəmbər
(s) bu sözü üç dəfə təkrar etdi. Hərs ayağa qalxıb öz-özünə bu sözləri deyirdi:
“Pərvərdigara! Əgər Məhəmmədin dediyi bu sözlər düzgündürsə, onda göydən bizim
başımıza daş yağdır, ya da bizi dərdli və dəhşətli əzaba düçar et!”177
Allaha and olsun! Hələ dəvəsi hərəkət etməmiĢdi ki, göydən bir daĢ düĢdü, onun
baĢından girib, məxrəcindən çıxdı və onu həlak etdi. Elə bu zaman “sələ sailun bi əzabin
vaqe” ayəsi nazil oldu. “Yəni bir kəs Allahdan əzab istədi və duası qəbul oldu.)178
Dostları ilə paylaş: