PEYĞƏMBƏRİN CANİŞİNİ KİM İDİ?
Hər bir insan, əqlin hökmünə əsasən müəyyən bir səfərə çıxdıqda, özünün zəruri və
vacib iĢlərini birinə tapĢırır ki, onları yerinə ye-tirsin. Bütün peyğəmbərlərin də
özlərindən son-ra bir nəfər caniĢin və nümayəndəsi olmuĢdur.
Misal üçün, Musa peyğəmbər ibadət üçün Tur dağına otuz günlük səfərə çıxanda
qardaĢı Harunu öz yerinə caniĢin təyin edir, bu müd-dət ərzində onları baĢsız qoymur və
qardaĢına vəsiyyət edir ki, dini iĢləri öhdəsinə alaraq onun caniĢini olsun. Digər tərəfdən,
Allah-taala bəndələrə əmr edir ki, özlərinin vacib iĢlərini vəsiyyət etsinlər. Amma
görəsən, rəvadırmı ki, sonuncu Peyğəmbər bu ilahi qanundan istisna edilsin, dünyadan
gedərkən öz yerinə bir kəsi caniĢin təyin etməsin və camaatı öz baĢına buraxsın? Bu iĢ
nəinki peyğəmbərlərin sonuncusu, daim ümmətin xeyir və məsləhətini fikirləĢən bir
Ģəxsiyyətdən, hətta özünün Ģəxsi xeyir və məsləhətini baĢa düĢən adi bir Ģəxsdən belə baĢ
verməz. Halbuki, ondan sonra heç bir peyğəmbər gəlməyəcəkdi ki, deyilməmiĢ
məsələləri bəyan etsin. Görəsən hidayət kitabı olan Quran onun incə mənala-rını
açıqlayan bir müəllim olmadan bu camaatı hidayət edib düz yola çəkə biləcəkdimi?
Əgər hər hansı bir dövlət parlamentində müəyyən bir qanun qəbul edilib camaata
çatdırılsa, ancaq ondan məqsədin nə olduğunu heç kim baĢa düĢməsə bu qanun öz-özünə
qüvvədən düĢüb etibarsız sayılmazmı? Quranın müəllimi olmadan bizə həvalə edilməsi
düzgün iĢ olarmı?!
Ömər ibni Xəttab iddia edirdi ki, Allahın kitabı Quran təklikdə müsəlmanlara
kifayətdir. Bəlkə də o, öz fikrini belə əsaslandırıb izah edirdi ki, Quran ərəb dilində nazil
olduğundan ərəblər onun mənasını baĢa düĢəcəklər. Doğrudan da əgər onlar Quranı baĢa
düĢürdülərsə, onda Quran məfhumları barədə bu qədər təfsir və ixtilaf haradan yaranıb?
Və nə üçün indiyə qədər heç bir təfsir kitabı Quranın mütəĢabeh ayələrini düzgün Ģəkildə
izah edə bilməmiĢdir?! Ġkinci bir tərəfdən isə Quran müəllimini biz yox, kitabın həqiqi
müəllifi (Allah) təyin edib.
Hər hansı bir Ģirkət yeni bir cihaz və ya dəzgah ixtira etdikdə, onun kitabçasını da
buraxır, müxtəlif yerlərdə bu dəzgah üçün təmir və xidmət mərkəzləri açır. Əgər belə
etməsələr onda müĢtəri tapa bilməzlər. Çünki, camaat ondan istifadə qaydalarını
bilməzlər.
Ġndi necə ola bilər ki, müqəddəs Ģəriət sahibi asimani bir kitab yaradıb, onu bizə
göndərsin, ancaq onun müəllimini göndərməsin, onu təyin etməyi isə ümmətin öhdəsinə
qoysun?!
Üçüncüsü, ağıl bunu qəbul edərmi ki, Allah-taala bütün peyğəmbərlər üçün vəsi
seçsin, yalnız sonuncu Peyğəmbər üçün vəsi seçməsin və camaatı müəllimsiz sərgərdan
182
“Əs-səvaiqül-muhriqə”, səh.228
183
“Təzkirətül-xəvvas”, səh.37-39
56
buraxsın?! Belə olan halda camaat ona əməl etmədikləri üçün bəhanə gətirib belə
deyərdilər: “Pərvərdigara! Əgər bizim üçün bir müəllim göndərsəydin və da bu asimani
kitabı bizim üçün açıqlasaydı, biz bilməməzlik ucbatından haqq yoldan çıxıb əyri yola
getməzdik.”
Əgər belə olsaydı, onda gərək qiyamətdə heç kimsə cəzalandırılmayaydı. Labüd
olaraq bu nəticəyə gəlirik ki, Allah-taala Ġslam ümməti üçün müəllim təyin etmədən,
onları öz baĢlarına buraxa bilməz. O, hökmən bir müəllim təyin etmiĢdir və o da
Peyğəmbərin vəsisidir.
Bəziləri deyirlər: Allah-taala Ġslam ümmətinə hörmət əlaməti olaraq Quran müəllimi
seçməyi onların öz ixtiyarına qoyaraq buyurub: “ġavirhum fil əmr” “ĠĢlərdə onlarla
məĢvərət et”, yaxud “Və əmruhum Ģura bəynəhum” “Onların iĢləri öz aralarında Ģuradan
ibarətdir.”
Bu sözə cavab olaraq belə deyirik: Müəllim seçməyi ümmətin öz ixtiyarına qoymaq
hikmət sahibi olan Allah üçün qəbahətli bir iĢ sayılır. Çünki, bu halda camaat onun həqiqi
müəlliminin kim olduğunu tanıya bilməz. Ona görə ki, heç kəsin o kitabdan xəbəri
yoxdur. Deməli, müəllimi kitab sahibinin Özü seçməlidir ki, camaatı gələcəkdə
yaranacaq çətinliklərdən və ixtilaflardan saxlasın. Hikmət sahibi və mərhəmətli Allah heç
vaxt camaatı öz baĢına buraxıb sonra isə (əmr-lərinə düzgün) əməl etmədikləri üçün
onları cəzalandırmaz. Deməli O, ümmətin rəhbərinin kim olmasını Öz kitabında bəyan
edib Öz məxluqatı içərisində ən əziz Ģəxs olan Peyğəm-bərin dili ilə onu camaata
tanıtdırmalıdır. Ancaq insan təbiətən ziyankar və xəsarətdə olduğundan həmiĢə haqdan
yayınaraq özünü bəlalara düçar edir.
Digər tərəfdən də bunu qəbul etməliyik ki, xəlifə təyin etmək üçün Ģura yaratmaq
batil bir iĢ olub Ģəriət tərəfindən rədd olunur. Bu iĢin səbəbkarları isə dindən çıxmıĢ kimi
tanınırlar.
Dostları ilə paylaş: |