BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan əDƏbiyyat


PEYĞƏMBƏRİN NƏZƏRİ NƏ İDİ?



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#106540
1   ...   39   40   41   42   43   44   45   46   47
Peyqemberin-s-haqq-canishini

PEYĞƏMBƏRİN NƏZƏRİ NƏ İDİ? 

Görəsən doğrudanmı Peyğəmbər (s) Əbu Bəkri özündən sonra caniĢin təyin etmiĢdi? 

Və ya Peyğəmbər (s) camaatı Ģura yolu ilə caniĢin seçməyə dəvət etmiĢdi, onlar da Əbu 

Bəkri bu məqam üçün layiqli bilmiĢdilər? 

Ġslami  kitablarda  Əbu  Bəkrin  Peyğəmbərin  vəsisi  olması  haqda  səhih  bir  hədis 

yoxdur. Mətləbin Ģahidi budur ki, əgər belə bir hədis və ya rəvayət mövcud olsaydı, Əbu 

Bəkr  və  Ömər  səqifədə  ona  istinad  edərdilər.  Əgər  belə  bir  iddia  etsəydilər  yenə  də 

iddiaları üçün əsaslı bir dəlilləri yox idi. Çünki, Quran vəli və vəsini elmin dərinliklərinə 

yiyələnən bir Ģəxs kimi təqdim edir. Əbu Bəkr isə deyirdi: “Mən də sizin kimi bir şəxsəm. 

Əgər düzgün yolda olsam mənə tabe olun.” O, dəfələrlə öz savadsızlığına iĢarə etmiĢ,189 

və  vəsinin  Ģura  yolu  ilə  seçilməsi  haqda  Peyğəmbərdən  heç  bir  rəvayət  nəql 

olunmamıĢdır. 

Ġbni  Əbil  Hədid  yazır:  “Peyğəmbər  vəsi  təyin  etmək  məsələsinə  laqeyd  yanaĢıb  öz 

vəzifəsinə  layiqincə əməl etmədi!”  Əgər  onun bu sözü düzgün olsa, onda deməliyik ki, 

                                                

185

 “Nisa” surəsi, 162-ci ayə. 



186

 “Maidə” surəsi, 55-ci ayə.

 

187


 “ġərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.26-27 

188


 “Tarixi əl-üməm vəl-müluk”, 2-ci cild, səh.260 

189


 “Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.260 


 

58 


Peyğəmbər  (s)  öz  risalətini  aĢkarda  yerinə  yetirməyib.  Çünki,  Quran  Peyğəmbərin  öz 

ilahi  vəzifəsini  aĢkarda  bəyan  etməyi  onun  əsas  vəzifələrindən  bilir.  “Və  ma  ələr-rəsuli 

illəl-bəlağul-mubin” (Peyğəmbərin vəzifəsi yalnız aĢkar Ģəkildə bəyan etməkdir)190 Belə 

olan  surətdə  isə Peyğəmbər  (s)  özü ümmət arasında  ixtilaf  salan  Ģəxs  kimi  tanınmalıdır, 

bu söz isə küfrdən baĢqa bir Ģey deyil! 

Bütün aləmlərə rəhmət olaraq göndərilən bir Peyğəmbər öz ardıcıllarına qarĢı belə bir 

iĢ görüb, öz ümməti arasında ixtilaf salarmı? 

Bəziləri  deyirlər:  “Peyğəmbər  (s)  camaata  tövsiyə  etmiĢdi  ki,  xəlifəni  Ģura  yolu  ilə 

seçsinlər.  Çünki  Allah-taala  Quranda  buyurur:  “Və  əmruhum  Ģura  bəynəhum”  (onların 

iĢləri  öz  aralarında  Ģura  əsasındadır.)  Sual  etmək  lazımdır:  Görəsən  nə  üçün  keçmiĢ 

peyğəmbərlər  bu  üsuldan  istifadə  edərək  vəsi  təyin  etmədilər?  Nə  üçün  Əbu  Bəkr 

özündən  sonra  vəsi  təyin  etdi?  Nə  üçün  Ömər  əvvəlcədən  hazırlanmıĢ  məkrli  plan 

əsasında  xəlifə  seçməyi altı  nəfərin sərəncamına  qoyub, üstünlüyü  isə öz kürəkəni olan 

Əbdürrəhman ibni Ovfun olduğu dəstədə bildi?! 

Əgər xəlifə təyin  etmək  Quranın göstəriĢinin  ziddinə olsaydı, onda Quranın  ziddinə 

əməl  edən  ilk Ģəxslər Əbu  Bəkr  və Ömər  idilər.  Digər tərəfdən də,  sağlam ağlın təsdiq 

etdiyi  kimi,  əgər  vəsi  təyin  etmək  düzgündürsə,  onda  nə  üçün  Peyğəmbərin  vəsi  təyin 

etməsinə imkan verməyib, ona yaraĢmayan sözləri ona dedilər?! 

Bu  ağlasığan  bir  iĢdirmi  ki,  Peyğəmbər  23  illik  bir  müddətdə  müxtəlif  əzab-

əziyyətlərə və çətinliklərə sinə gərib dini təbliğ etsin, camaatı haqqa doğru hidayət etsin, 

amma  axırda  bu  yolun  davam  etməsi  haqda  bir  Ģey  fikirləĢməyib,  ümməti  öz  baĢına 

buraxsın və çəkdiyi zəhmətlər də heçə getsin?! 

Quranın  buyurduğuna görə, bütün peyğəmbərlərin  vəsiləri olmuĢdur. Onda sonuncu 

Peyğəmbər üçün caniĢin olmaması necə mümkündür? 

Peyğəmbərin  son  dərəcə  təkid  etdiyi  halda  onun  vəsisini  tanımaq  mümkün  deyilsə, 

onda sair  məsələlər qarĢısında  nə etmək  lazımdır və Quranıdüzgün təfsir və məna etmək 

necə  mümkün  olacaq?  “Kəfana  Kitabullah”  Təkcə  Quranın  bu  iĢlərə  kifayət  etdiyini 

demək  olarmı?  ġafei,  Hənəfi,  Hənbəli,  Maliki,  Ġmamiyyə,  Mötəzilə,  ƏĢairə,  Zeydiyyə, 

Sufiyyə, Cəririyyə və sair kimi məzhəblərin məĢhur alimləri on dörd əsr keçdikdən sonra 

Quran  ayələrindən  Peyğəmbərin  vəsisini  və  caniĢinini  tanıyıb  onun  elm  dəryasından 

layiqincə  istifadə  etmiĢlərmi  və  bu  asimani  kitabın  dərin  mənalı  sirlərini  dünya  əhlinə 

çatdıra bilmiĢlərmi? 

MəĢhur rəvayətlərə əsasən Peyğəmbər (s)  belə  buyurub:  “Bütün Ġslam  firqələrindən 

yalnız  biri  cənnət  əhli,  qalanları  isə  cəhənnəm  əhlidirlər.  Hətta  ibadət  edib,  oruc tutub, 

zəkat versələr belə.” 

Ġslam firqələrinin bəziləri itin bala-sının üç günlüyünə kimi halal olduğunu deyir və 

onun  ətinin  kabab  edib  yeyirlər.  Bəzi  firqələr  isə  onu  elə  doğulduğu  gündən  haram 

bilirlər.  Bəziləri  mənini  (sperma)  pak  bilib  o  halda  namaz  qılır  və  məscidə  gedirlər. 

Bəziləri  isə  onu  murdar  bilir  və  iynənin  ucu  qədər  belə  paltarda  olsa  onunla  qılınan 

namazın  batil  olduğunu  deyirlər.  Onların  bir  dəstəsi  müvəqqəti  evlənməyi  haram  bilir, 

bəziləri isə haram yox, müstəhəb bir iĢ bilirlər. Bəziləri bir məclisdə (yığıncaqda) üç dəfə 

ardıcıl  təlaq  verməyi  düzgün  bilir,  bəziləri  isə  düzgün  bilməyib  bu  cür  təlağın  batil 

olduğunu deyirlər. Bəziləri it və donuzun doğduğunu nəcis bilirlər, bəziləri isə onun it və 

donuzdan olduğuna baxmayaraq onu pak bilir və deyirlər ki, Allah-taala murdar və nəcis 

                                                

190


 “Nur” surəsi, 54-cü ayə. 


 

59 


Ģey yaratmır. Onun Yaratdığı bütün Ģeylər pakdır. 

Deməli,  tam  əmin  olmalıyıq  ki,  Peyğəmbər  (s)  öz  ümmətini  vəsi  və  müəllimsiz 

buraxmayıb.  Ancaq  camaatı  Peyğəmbərin  dediklərindən  uzaq-laĢdıran  və  onun  əmr  və 

göstəriĢlərinə əməl etmələrinin qarĢısını alan baĢqaları oldu. 




 

60 


 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin