Bir gün Əbu Bəkrin oğlu Məhəmməd, Müaviyəyə bir məktub yazıb onun etdiyi
65
əməlləri tənqid etdi. Müaviyə onun məktubuna belə cavab yazdı: “Müaviyə ibni Əbu
Süfyandan öz atasını danlayan bir Ģəxsə Məhəmməd ibni Əbu Bəkrə. Salam olsun Allaha
itaət edən Ģəxslərə.
Məktubunu aldım. Allahın nemətlərini iqrar etdikdən sonra elə sözlər uydurmusan ki,
ondakı düĢüncələrin zəif olduğunu göstərir və atanın acığına gəlib onu alçaldır. Əbu
Talibin oğlunu (Əlini) müdafiə edib, onun iftixarlarını sadalamısan...
Bunu bil ki, mən və sənin atan Peyğəmbərin vaxtında bir idik və Əbu Talibin oğlunun
bütün fəzilətləri bizim üçün bir gün kimi aĢkar idi. Biz onun hörmətini saxlamağı
özümüzə vacib bilirdik. Peyğəmbərin ömrü baĢa çatan kimi, atan və onun dostu (yəni
Ömər ibni Xəttab) məkr və hiylə ilə Əlinin haqqını ələ keçirib onunla müxalifət etdilər və
əvvəlcədən hazırlanmıĢ plan əsasında xilafəti özləri üçün möhkəmlətdilər. Sonra Əlidən
beyət etməsini istədilər. O, bundan imtina etdikdə ona layiq olmayan sözlər deyib ona
qarĢı çox təhlükəli hiylələr iĢlətdilər. Əli məcbur qalıb onlarla beyət etdi. Onlar isə heç
vaxt Əlidən məsləhət almayıb onu öz gizli iĢlərindən xəbərdar etmirdilər. Onların ömrü
baĢa çatdı və hakimiyyətlərinə son qoyuldu. Ömər xilafəti Osman üçün hazırladı. Əgər
hal-hazırda bizim əlimizdə olan bu xilafət düzgündürsə onun baisi elə sənin atandı; yox
əgər bu hökumət zülm əsasında qurulubsa, yenə də onun baisi atandır və biz də bu
günahda onunla Ģərik olmuĢuq. Biz sənin atanın göstəriĢi ilə bu xilafəti ələ almıĢıq,
əməldə ona iqtida edib, ayağımızı onun ayağının yerinə qoymuĢuq (yəni əgər sənin atan
onunla müxalifət etməsəydi, biz də heç vaxt Əli ilə müxalifət etməyib, xilafəti ona
verərdik. Ancaq bu iĢi bizdən qabaq baĢlayan atan oldu, biz də onun yolunu davam
etdirdik.) Ġndi atana eyib tut və onu danlayıb bizdən əl çək. Tövbə edib haqq yoluna
qayıdana salam olsun!”
Dostları ilə paylaş: