SƏHABƏLƏRİN FƏZİLƏTİNƏ AİD OLAN RƏVAYƏTLƏR
Sünnü alimləri Əbubəkr və digər xəlifə-lərin fəzilətinə dair çoxlu rəvayətlər nəql
ediblər. Biz onların bəzilərini qeyd edirik:
1-Ömər ibni Xəttab deyir: Peyğəmbər buyurub: “Əbu-Bəkrin dünyaya gəldiyi gecə
Allah Ədn cənnətində zühur edib buyurdu: “Öz izzət və cəlalıma and olsun, bu gecə
doğulan insanı sevib əzizləməsən, səni cənnətə daxil etmə-yəcəyəm!”
2-Buxari öz “Səhih” kitabında belə yazır: “Əbu Səid Xidri deyir: Peyğəmbər (s) bir
dəfə xütbə oxuyarkən buyurdu: “Həqiqətən mənim camaat arasında mal və söhbətdə ən
çox əmanətdar məsləhətçim Əbu Bəkr idi. Əgər özümə Allahdan baĢqa yar və munis
axtarmaq istəsəm, Əbu Bəkri seçərəm....”
Buxari yenə yazır: “Peyğəmbər (s) Əbu Bəkrin qapısından baĢqa, məscidə açılan
bütün evlərin qapılarını bağladı.”
“Əttac” kitabının müəllifi yazır: “Peyğəm-bər (s) buyurub: Hər vaxt öz ümmətimin
arasın-da bir kəsi dost seçmək istəsəm, Ģübhəsiz ki, Əbu Bəkri özümə dost seçərdim.
Lakin o mənim dostum və qardaĢımdır ki, Allah onu Özü üçün dost seçmiĢdir.”14
3. Əbdürrəhman Səfuri deyir: “Bir nəfər Peyğəmbərdən soruĢdu: “Ya Rəsuləllah, öz
həyat yoldaĢlarınızdan hansını daha çox istəyirsiniz? Peyğəmbər, “AyiĢəni” - deyə cavab
verdi. O, “kiĢilərdən kimi?” deyə soruĢduqda, Peyğəmbər dedi: “AyiĢənin atası Əbu
Bəkri. Çünki o, qiyamət günü bir rəngdə olan atın üstündə məhĢərə varid olacaq. O kiĢi
Ömər barəsində Peyğəmbərdən sual etdi. Peyğəmbər: “Ömər qiyamət günü ağımtıl ata
minmiĢ halda məhĢərə daxil olacaq.” Osman barəsində sual etdikdə isə Peyğəmbər ona
belə cavab verdi: “Osman kafurdan da ağ olan bir atın üstündə məhĢərə daxil olacaqdır.”
Əgər bu hədisin tamamilə düzgün olduğunu fərz etsək, onda Peyğəmbərin “bunlar mənim əshabımdır”-
deməkdə məqsədi, onların zahirdə əshab olmaqlarına baxmayaraq, cəhənnəmə gedəcəklərini bəyan
etməkdir.
12
“Səhihi-ibni-Macə”, “Mənasik” babı, babi-xütbeyi-yövmünnəhr.
13
“Səhihi-Buxari”, 4-cü cild, səh.204. (9 cildli kitab.)
14
“Səhihi-Buxari”, 5-ci cild, səh. 4; “Tarixül üməmü-vəl-müluk”, 2-ci cild, səh.434-435; “Əs-səvaiqül-
muhriqə”, səh.22
8
Sual edən kiĢi Əli (ə) haqqında suala çatdıqda Peyğəmbər buyurdu: “Amma Əli, mənim
qardaĢım və əmim oğludur. O, qiyamət günü behiĢt dəvələrindən birinin üstündə məhĢərə
daxil olacaqdır.”15
4-Sünnü alimləri Ġbni Abbasın vasitəsi ilə Peyğəmbər (s)-dən nəql ediblər ki,
“Peyğəmbər (s) bir zaman öz yaxın adamlarından on nəfərin adını sayıb, behiĢt əhli
olduqlarını onlara müjdə verdi.” Sonralar isə bu hədis “ƏĢəreyi MübəĢĢərə” (Yəni, behiĢt
müjdəsi almıĢ on nəfər) adı ilə məĢhurlaĢdı.
Çox təəccüblüdür ki, digər bir hədisdə on nəfər əvəzinə on bir nəfərin adı çəkilmiĢ-
dir. Bu hədislərdən birini nümunə üçün nəzərinizə çatdırırıq:
Ġbni Abbas nəql edir ki, Peyğəmbər belə buyurub:
1. Ümmətimə ən mehriban və rəhimli Ģəxs Əbu Bəkrdir.
2. Allah dinində ən qüdrətli və güclü Ģəxs Ömərdir.
3. Ümmətimin ən abırlı və həyalı Ģəxsi Osmandır.
4. Sizin aranızda ən yaxĢı hakim və qazi Əlidir.
5 və 6-Hər peyğəmbərin köməkçisi var, mənim də köməkçilərim Təlhə və Zübeyrdir.
7-Səd ibni Əbi Vəqqas harada olsa, haqq ora-da və onunladır.
8-Səid ibni Zübeyr Allahın dostların-dandır.
9-Əbdürrəhman ibni Ovf Allahın layiqli tacirlərindəndir.
10-Allahın əmanətdar saydığı Ģəxs Əbu Übeydə Cərrahdır.
11-Hər peyğəmbər üçün bir sirr saxlayan var, mənim sirr saxlayanım isə Müaviyədir.
Onu sevib istəyənlər nicat tapacaq, ona qəzəblənənlər, həlak olacaqlar.16
Dostları ilə paylaş: |