HÖKUMƏTLƏ MÜBARİZƏ
Malik ibni Nüveyrə Yərbu Təmim tayfasındandır. Onun künyəsi Əbu Hənzələ, ləqəbi
isə Cəfuldur. Deyilənlərə görə, o, məharətli Ģair, öz qəbiləsi arasında böyük bir Ģəxsiyyət,
məĢhur və cəngavər kiĢilərdən biri idi. O, cahiliyyət dövründə öz qəbiləsinin
baĢçılarından biri idi. Ġslamı qəbul etdikdən sonra Peyğəmbər (s) onu öz tayfası arasında
nümayəndə seçdi. O da öz tayfasının zəkatını yığıb Peyğəmbərə gətirirdi. Peyğəmbər (s)
vəfat etdikdən sonra zəkatı, dövrün hökumətinə (ƏbuBəkrə) verməyib öz tayfasının
yoxsulları arasında bölüĢdürdü. Malik Peyğəmbərin vəsisinin kim olduğunu bildiyi üçün
Əbu Bəkri qəsbkar bilirdi. Belə isə nə üçün ehtiyacı olanların (haqqını) zəkatı Əbu Bəkrə
verməli idi?
Malikin zəkatı verməkdən imtina etməsi xəbəri Əbu Bəkrə çatdıqda, o, böyük bir
qoĢun hazırlayıb, Maliklə döyüĢməyə yolladı. MəĢhur sünnü tarixçisi Təbəri yazır:
“Xalid “Bəttah” diyarına çatan kimi Zirar ibni Əzvər və Əbu Qütadəni bir dəstə ilə
birlikdə Malikin üstünə göndərdi. Onlar gecə yarısı qəfildən Malikin tayfasına hücum
etdilər.” Əbu Qütadə sonralar belə deyirdi: “Bizim qoĢun gecə hücum etdiyindən Malikin
qəbiləsi vahiməyə düĢdü, dərhal silahlanıb bizimlə döyüĢmək istədilər. Biz onlara
müsəlman olduğumuzu söylədikdə, on-lar “biz də müsəlmanıq” - deyə cavab verdilər.
QoĢun baĢçısı onlara: “Bəs nə üçün silahlanmısınız?” dedikdə, onlar da eyni sualı
bizə verdilər. Biz dedik: “Əgər siz doğrudan da müsəlmansınızsa, onda silahlarınızı yerə
qoyun.” Onlar silahlarını yerə qoyub, bizimlə birlikdə namaz qıldılar.”20
Ġbni Əbil Hədid yazır: “Malik və onun tayfası silahı yerə qoyan kimi, onları əsir edib
əlləri bağlı halda Xalidin yanına gətirdilər.”
Müttəqi Hindi21 və Yəqubi22 bu hadisəni xatırlayıb yazırlar ki, “Malik ibni Nüveyrə
Xalidlə söhbət etmək üçün onun yanına gəldi. Həyat yoldaĢı da onunla gəlmiĢdi. Xalid bu
qadını gördükdə ona vuruldu! Sonra Malikə üz tutub dedi: “Allaha and olsun, səni
öldürəcəyəm, sən tayfanın arasına qayıda bilməyəcəksən.”
Xalid ibni Vəlid Malikin dindən çıxıb mürtəd olduğunu iddia edirdi. Onun dediyinə
görə, Malik Ġslama aid olmayan sözlər deyirmiĢ. Malik isə Xalidin sözlərini rədd edib
dedi: “Mən müsəlmanam və öz dinimi dəyiĢdirməmiĢəm.” Əbu Qütadə və Abdullah ibni
Ömər də Malikin sözlərini təsdiq etdilər. Ancaq Xalid onların sözlərinə məhəl qoymadan,
Zirar ibni Əzvərə onun boynunu vurmasını əmr etdi. Sonra isə, Malikin həyat yoldaĢı
Ümmü Təmim ilə zina etdi.
Əbil Fida öz “Tarix” kitabında23 yazır: “Abdullah ibni Ömər və Əbu Qütadə bu
məclisdə olduqlarından, Malik haqda Xalidlə söhbət etdilər. Ancaq Xalid onların
19
“Abdullah ibni Səba”, 1-ci cild, səh.196 (bu Ģerin oxĢarı bu kitabda var.)
20
“Tarixül-üməm vəl-müluk”, 2-ci cild, səh.502
21
“Kənzül-Ümmal”, 3-cü cild, səh.132
22
“Tarixi-Yəqubi”, 2-ci cild, səh.110
23
Əbil Fidanın tarixi, səh.158
12
sözlərini qəbul etmədi. Malik, Xalidə üz tutub dedi: “Xalid! Sən bizi Əbu Bəkrin yanına
göndər, o necə istəsə elə də hökm etsin.” Xalid dedi: “Əgər mən sənin günahından
keçsəm, onda Allah məni bağıĢlamasın.” Sonra Zirara üz tutub Malikin boynunu
vurmasını əmr etdi. Malik həsrətlə öz həyat yoldaĢına baxdıqdan sonra Xalidə üz tutub
dedi: “Mənim qətlimə səbəb bu qadın oldu!” (Malikin həyat yoldaĢı həddindən artıq
gözəl bir qadın idi.)
Xalid dedi: “Allahın dinindən çıxıb mürtəd olduğun üçün Allah səni öldürdü!”
Malik: “Mən hələ də müsəlmanam və Ġslamın qulluğunda durmuĢam” - deyə Xalidə
cavab verdi.
Xalid Zirara üz tutub “onun boynunu vur!” dedi. Zirar da heç nədən çəkinmədən
dərhal onun boynunu vurdu.
“Əl-isabə kitabının müəllifi yazır: “Xalid Maliki öldürtdükdən sonra onun baĢını daĢ
əvəzi qazanın altına qoymaq əmri verdi24 və od kəsik baĢın tüklərini yandırıb dəriyə
çatmamıĢ yemək hazır oldu. Özü isə elə o axĢam Malikin həyat yoldaĢı (Mikahalın qızı)
ilə zina etdi.
Dostları ilə paylaş: |