ƏBU BƏKRİN XALİDƏ VERDİYİ MÜKAFAT
Sünni tarixçisi Əbil Fidanın “Tarix” kita-bında belə yazılıb: “Bu xəbər Mədinəyə
çatdıq-da, Ömər Əbu Bəkrə dedi: “Xalid müsəlman bir Ģəxsi öldürüb və onun həyat
yoldaĢı ilə zina edib. Onu daĢ-qalaq etmək lazımdır.”
Əbu Bəkr dedi: “Mən onu daĢ-qalaq etməyə-cəyəm. Çünki o, öz vəzifəsini ayırd edib,
Mali-ki öldürübdür. Hətta onun seçdiyi yol səhv olsa da belə.”
Ömər dedi: “O bir müsəlmanın qatilidir, ondan qisas almaq lazımdır!!”
Əbu Bəkr yenə də öz sözünü təkrar etdi.
Ömər: “Elə isə, heç olmazsa onu iĢdən azad et” - dedi.
Əbu Bəkr: “Mən, Allahın qınından çıxart-dığı qılıncı heç vaxt öz qınına taxmaram!” -
deyə cavab verdi.25
Təbəri yazır: “Xalidin Maliki öldürməsinin səbəbi bu idi: Malik əvvəllər onun yanına
gəlib demiĢdi: “Sizin sahibiniz olan Peyğəmbərin elə-belə sözdən baĢqa bir söz dediyini
güman etmirəm.”
Xalid dedi: “Məgər sən “sizin sahibiniz Peyğəmbər” dedikdə onu öz sahibin bilmir-
sənmi?”
Xalid səfərdən qayıtdıqdan sonra məscidə daxil oldu. Bunu görən Ömər əsəbiləĢmiĢ
halda ayağa qalxıb onun əmmaməsinə taxdığı ox çubuqlarını götürüb sındıraraq dedi:
“Özünü göstərmək üçün müsəlman bir Ģəxsi öldürdün, hələ bununla da kifayətlənməyib,
heyvan kimi onun arvadına da təcavüz etdin! And olsun Allaha, səni daĢ-qalaq
edəcəyəm! Çünki, sənin etdiyin əməli cəzası elə budur.”
Xalid baĢını aĢağı salıb ona cavab vermədi. Çünki o, Əbu Bəkrin də onu belə
cəzalandıracağını güman edirdi.
Əbu Bəkrin yanına gəlib iĢlərini xəbər verdi. Sonra isə etdiyi günaha görə Əbu
Bəkrdən üzr istədi. Əbu Bəkrin onu cəzalandıracağı gözlənildiyi halda, onu bağıĢlayıb,
24
“Tarixi-Yəqubi”, 2-cild, səh.110; “Tarixül-üməm vəl-müluk”, 2-cild, səh.503; “Əl-isabə, 3-cü cild,
səh.337; Əbil Fidanın tarixi, səh.158; “ġərhi-Nəhcül-bəlağə”, 17-ci cild, səh.202 və 214; Ġbni Əsir, “Cəngi-
Bəttah” və “Əl-bidayə vən-nihayə 6-cı cild, səh.321
25
“Tarixi-Yəqubi”, 2-ci cild, səh.132
13
günahından keçdi.
Bundan sonra Xalid sevincək Əbu Bəkrin yanından çıxdı. Məcsiddə oturmuĢ Öməri
gördükdə ona kinayə ilə dedi: “Ey Ümmü ġəmilənin oğlu, indi sözün varsa deyə
bilərsən!” Ömər, Əbu Bəkrin onu bağıĢladı-ğını anlayıb heç bir söz demədən evinə
yollandı.
Ġbni Əbil Hədid yazır: “Əbu Bəkr Ömərə dedi: “Ey Ömər! Sakit ol, bu bizim birinci
səhvimiz deyil. Xaliddən əl çək, onunla iĢin olmasın.”26
Dostları ilə paylaş: |