BAŞQA BİR RƏVAYƏT
“Ya əyyuhər-rəsul” ayəsi nazil olan zaman Peyğəmbər (s) əmr etdi ki, qabaqda
gedənlər geri qayıdıb, “Xum” adlanan yerdə (Cöhfənin yaxınlığında olan yerdir ki,
sonralar “Qədir-Xum” adı ilə məĢhur oldu) bir yerə toplaĢ-sınlar.
Peyğəmbər (s) bir daĢın üstündə dəvələrin palanlarından düzəldilmiĢ minbərə çıxıb
uzun bir xütbə söylədi, camaata Allahın kitabını və özünün Əhli-beytini tövsiyə etdi.
Sonra buyurdu: “Əhli-beytim və Quran birgədirlər və heç vaxt bir-birindən ayrılmayacaq
və nəhayət “Kövsər” hovuzunda mənə qovuĢacaqlar.” Sonra buyurdu:
“Mən sizə, sizin özünüzdən artıq ixtiyar sahibi deyiləmmi?” Hamı “Bəli, belədir!” -
deyə cavab verdi. Sonra buyurdu:
“Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Peyğəmbər (s) bu cümləni üç
dəfə təkrar etdi. (Əhməd ibni Hənbəl deyir: Peyğəmbər (s) bu cümləni dörd dəfə təkrar
etdikdən sonra dedi:) “Pərvərdigara! Əlini sevib dost tutanları Sən də dost tutub sev.
Onunla düĢmənçilik edənlərlə Sən də düĢmən ol. Əliyə kömək edənlərə kömək et. Ona
zülm edib onu xar etmək istəyənləri isə xar və zəlil et. Ona kömək etməkdən boyun
qaçıranları məhv et.”
Dostları ilə paylaş: |